Namaz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 751
Səs ver:
(səs: 7)

 

Namazın fiziki quruluşumuza olan təsiri:

1. Göz büllürünun yığılmadan görə bildiyi, beləliklə də rahat olub dincəldiyi məsafə təxminən 1,5 metrdir. Bu məsafə isə namaz qılan insanın səcdə etdiyi yerə qədər olan məsafəyə bərabərdir. Məlum olduğu kimi namaz qılarkən səcdə edilən yerə baxılır və beləliklə, insan özü də bilmədən onun gözünün büllürları dincəlir. Gündə 40 rükət hesabı ilə bu istirahət vaxtı 1 saata bərabər olur ki, bu nemət də göz üçün böyük bir sağlamlıqdır.
2. Orqanizmin ən çox fəaliyyət göstərən yerləri oynaqlardır. Namaz qılmaqla oynaqların sərtləşməsinin qarşısı alınır, onlar sağlam və mütəhərrik olur. Bunu açıq şəkildə bildirirəm ki, namaz hərəkətlərindən başqa heç bir hərəkət orqanizm üçün bu qədər faydalı ola bilməz.
3. Ürəyin fəaliyyətində və onun duyğu sistemləri ilə əlaqəsində elektromaqnetik oxlar olduqca əhəmiyyətlidir. Namaz hərəkətləri zamanı bu oxlar ən ideal xətlər üzrə düzülür. Əsasən sağlam insanların gündəlik elektromaqnitlərin təsirlər nəticəsində döş nahiyəsində hiss etdikləri ağrılara namaz qılanlarda demək olar ki, əsla rast gəlinmir.
Namazın ruhumuza təsiri

1. Gün ərzində bircə saatlığa da olsa dünyanın dərd-sərindən xilas olub namaz vasitəsilə rahat nəfəs alırıq.
2. Namazımızı davam etdirsək, ayənin də əmr etdiyi kimi, həddi aşmaqdan və eyni zamanda bir çox günahlardan uzaqlaşıb nəfsdən və buna bağlı olan stresslərdən xilas olarıq.
3. Namaz qılanlarda istər-istəməz təvəkkül hissi inkişaf edir, beləliklə də ruhi xəstəliklərin yaranmasında mühüm rol oynayan vəsvəsələr aradan qaldırılır.
Namazın əxlaqımıza təsiri:
1. Namaz qılan insan Allah-Təalanın hüzürunda oxuduğu "Fatihə" surəsində verdiyi "Yalnız sənə ibadət edir və yalnız Səndən kömək diləyirik" vədini şüuraltı surətdə inkişaf etdirərək öz əxlaqı səviyyəsini tədricən nəzərdən keçirir. Həmin bu şüuraltı analiz insana, əvvəlcə çətin gəlir, sonralar isə öz yerini tutaraq onun əxlaqi səviyyəsini yüksəldir.
2. Namazı hətta formal yerinə yetirən adamar da səcdə etdikləri zaman öz lovğalıq və təkəbbürlərini itirmiş olurlar. Əxlaqi baxımdan ən ağır və təhlükəli xəstəlik təkəbbürdür, eyni zamanda bütün mübasihələrin, nifrətin əsasında nəfsin bu zalım xəstəliyi dayanır. 
3. Namaz imana nəzarət edən çox ayıq-sayıq bir gözətçidir. İmanda yarana bilən mənfi hallar və zəifliklər namaz qılanlarda müşahidə olunmur. Buna görə imanın xəstəlikləri və İslam dininin əsas qadağaları olan riya və yalan xarakterimizdən çıxmağa başlayır. Beləliklə də Peyğəmbərimizin (s.ə.v) "Müsəlman yalan danışmaz " hökmü reallaşır.


(səs: 7)
Şərhlər: 3
Baxılıb: 4 751
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri