Əməl Olunmalı Hikmətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 387
Səs ver:
(səs: 1)


 1. Peyğəmbəri-Əkrəm (s.ə.v): "Nəfsin ölümü ilə qəlbin həyatı başlanır, qəlbin həyatı ilə müqavimətə (istiqamətli olmağa) yetişmək olur.”

2. İmam Əli (ə): "İnsanlar özləri kimi olanlara daha çox meyl göstərirlər.
3. İmam Əli (ə): "Həqiqətən, qəlblərin həm istəmək, həm də üz çevirmək kimi halətləri vardır, istəklər və meyllərin yolu ilə qəlblərin sorağına gedin; çünki əgər qəlbi hər hansı bir işə məcbur etsən, kor olar.”
Əməl olunmalı hikmətlər
4. İmam Əli (ə): "Hər kəs gümanını yaxşı etməzsə (bədbin olarsa), hər kəsdən vəhşət hissi keçirər.”
5. İmam Əli (ə):"İnsanlar bilmədikləri şeylərin düşmənləridir.”
6. İmam Əli (ə):"Gizli hislətləri və əxlaqları qaynayıb-qarışmaq , ünsiyyətdə olmaq aşkar edir.”
Əməl olunmalı hikmətlər
7. İmam Əli (ə):"İnsanlar ağaclar kimidir, onlar bir yerdən su içsələr də, müxtəlif meyvələr verirlər.”
8. İmam Sadiq (ə): "Yuxu cəsədin rahatlığı, danışmaq ruhun rahatlığı, sükut etmək isə əqlin rahatlığıdır.”
9. İmam Sadiq (ə):"Hər kəsin əxlaqı pis , özünə əziyyət və işgəncə verər.”
10. İmam Sadiq (ə):" Bir nəfər İmam Sadiq (ə)-dan soruşur: "Biri mənə "səni çox istəyirəm” – deyir, onun məhəbbətini necə aşkar edə bilərəm?” İmam buyurdu: "Öz qəlbini yoxla, əgər sən də onu sevirsənsə, bil ki, o da səni sevir.”
Əməl olunmalı hikmətlər


 

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 387
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri