Eşqində olubdur hamı divanə Hüseynim.

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 3 654
Səs ver:
(səs: 3)


 

 Eşqində olubdur hamı divanə Hüseynim.

Bir şəmsən, aləm sənə pərvanə Hüseynim,
Eşqində olubdur hamı divanə Hüseynim.

Sən nuru-Xudasən şəfəqin aləmə nemət,
Qanındı sənin taci-nübüvvətdəki ziynət,
Sən "qalu-bəla"də götürüb cami-şəhadət,
Oldun пə ki var qəmlərə biganə Hüseynim.

Dünya səmərindən uca tutdun bu cəfani,
Sən çəkmək üçiin gəlmədin aləmdə səfani,
Təlqin elədin ümmətüvə sidqü vəfani,
Etdin əməl əhdində ki peymanə Hüseynim.

Oldu ölümün xilqət üçün ədli nidasi,
Bir vəqtidəki bu ölümün vardı əsasi,
İslami verən dəmdə bada küfri xətasi,
Bəxş etdin ömür qan ilə Quranə Hüseynim.

Bu səfheyi-aləmdə hanı bircə misalın,
İslama dayaq durmaq idi fikrii xəyalın,
Qoydun bu yola can həm özün, həm də əyalın,
Taki bilə qədrin bu sitəmxanə Hüseynim.

Küffar belə şah olmağını etmədi təxmin,
Beyətdən ötrüi tökdü qoşun-leşkəri min-min,
Sən canıvı qurban elədin ta yaşasın din,
Göz yummaq ilə aləmi-imkanə Hüseynim.

Var indi də səndən qalan о tarixi məktəb,
Dini qorumaqdır bu müdavimlərə mətləb,
Səndən sora üsyanə dəvam eylədi Zeynəb,
Həqqin sözünü söylədi mərdanə Hüseynim.

Eşqindədi insanlara ən ali səadət,
Vardır cəmi dünyadə bu hikmətdən əlamət,
Hamı düşəcək payıva çün ruzi-qiyamət,
Mehrin salacaq hər işi səhmanə Hüseynim.

Aqil sayılır dəhridə hər kəs səni bilsə,
Min söz ola, azdır yenə vəsfində deyilsə,
Adın sənin ey şahim, əgər harda çəkilsə,
Soltan dönər ol bəzmidə aslanə Hüseynim.

 

 

 

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 3 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri