"Namazın hikmət və sirləri"

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 4 662
Səs ver:
(səs: 4)

 

 

Bismillahir Rəhmanir Rəhim...

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
NAMAZIN VACİBATI
Namazın vacib əməlləri 11-dir:
- Niyyət,
- Təkbirətul-ehram, (yə''ni namazın əvvəlində "Allahu əkbər" demək),
- Qiyam (yə''ni ayaq üstə durmaq),
- Qiraət,
- Rüku,
- Səcdə,
- Zikr,
- Təşəhhüd,
- Salam,
- Tərtib,
- Muvalat (yə''ni namazın hissələrini dalbadal, fasiləsiz demək).
Bildiyimiz kimi, füruiddinin (əməli hökmlərin) birincisi namazdır. Namaz o qədər əhəmiyyətlidir ki, hətta döyüş meydanında, xəstəlik və s. şəraitlərdə belə tərk olunmamalıdır. Adəm peyğəmbərin (ələyhissalam) yaradılışından başlayaraq sonuncu peyğəmbər həzrət Məhəmmədin (salləllahu ələyhi və alihi və səlləm) dövrünə kimi bu ibadət müxtəlif formalarda yerinə yetirilmişdir.Zikr etdiyimiz şərif ayələr, eləcə də, hədislərdə peyğəmbərlərin öz namazlarına riayət etmələri, bir daha namazın dərəcəsinin aliliyini, məqamının yüksəkliyini göstərir. Keçmiş ümmətlərin də, namaz kimi vacib, faydalı bir əməli yerinə yetirmələri, heç şübhəsiz bir səbəbə bağlıdır ki, həmin səbəb insanların namaz qılmaqla çirkin işlərdən, yerinə yetirilməsi günah sayılan pis əməllərdən çəkinib, aləmlərin Rəbbinə yaxınlaşmasıdır. Çünki həqiqətən qıldığımız namazlar, bizə Allahı xatırladır, uca Xaliqə yaxınlaşmağımızda vəsilə olur, beləliklə də, rəzil və heyvani sifətlərdən çəkindirir.
Namazın əhəmiyyətli olduğunu yada salaraq Qurani-Kərimin "Muddəssir” və "Maun” surələrindən bir neçə ayəni zikr edirik: 
فىِ جَنَّاتٍ يَتَسَاءَلُون‏عَنِ الْمُجْرِمِين‏ مَا سَلَكَكمُ‏ْ فىِ سَقَرقَالُواْ لَمْ نَكُ مِنَ الْمُصَلِّين
‏وَ لَمْ نَكُ نُطْعِمُ الْمِسْكِين‏وَ كُنَّا نخَُوضُ مَعَ الخَْائضِين‏وَ كُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّين‏
" Cənnətdə olanlar (Cəhənnəmdə olan) günahkarlardan soruşacaqlar: Sizi "Səqər”ə (Cəhənnəmə) salan nədir?” Cavab verəcəklər: "Biz namaz qılanlardan deyildik, yoxsullara təam verməzdik, batilə uyanlarla əlbir idik, qiyamət gününü (dirilməyi) yalan sayardıq.”( "Muddəssir” surəsi, 40-46-cı ayələr.)
فَوَيْلٌ لِّلْمُصَلِّين‏ الَّذِينَ هُمْ عَن صَلَاتهِِمْ سَاهُون‏
"Vay olsun, o namazqılanların halına ki, namazlarını yüngül sayarlar (Namaza əhəmiyyət verməzlər).”( "Maun” surəsi, 4 və 5-ci ayələr.)
Əksinə olaraq hər kəs namaza diqqətlə yanaşıb bu ibadəti layiqincə yerinə yetirsə, Allah-təala tərəfindən böyük mükafata nail olacaqdır. Belə ki, Qurani-Kərimin "Əla” surəsinin 14-15 ayələrində belə buyurulur: 
‏ قَدْ أَفْلَحَ مَن تَزَكى وَ ذَكَرَ اسْمَ رَبِّهِ فَصَلى‏ 
"Həqiqətən, nəfsini saflaşdıran nicat tapdı və Pərvərdigarını yad etməklə namaz qıldı.”
Namazin faydalari:
1. Biz namaz qılmaqla, Allahı aləmlərin Rəbbi bilir, şərikinin olmamasını iqrar edirik.
2. Namaz qılmaqla, Allaha pərəstiş (ibadət) etməyimizdən əlavə, yaşayışımızda və ümumilikdə hər zaman Ona möhtac olmağımızı, Onun yenilməz qüdrət, sonsuz hikmət və kəramət sahibi olduğunu etiraf edirik.
3. Günahlarımızın bağışlanmasını diləyir, Allahı ən üstün bilib əzəmətlə yad edirik.
4. Allahın izzət və cəlalı müqabilində təzim edib baş əyir, din və dünyamıza aid olan hər işdə Ondan imdad diləyirik.
5. Namaz qılmaqla, müxtəlif günah və fəsadlardan qorunuruq.
Beləliklə də, insan namaz vasitəsilə dünyəvi əməllərdən çəkinib, Allah-Təala ilə ünsiyyət (təmas) qurur, raz-niyaz və munacatla Allaha yaxınlaşmış olur. Bəndələrin namaz qılmaqla günahlardan paklanması, nəfslərinin tərbiyələnməsi məsələsi də, Allahın kitabında da, öz əksini tapmışdır.
Allah-Təala buyurur: "Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl ki, namaz pis və bəyənilməyən işlərdən çəkindirər." (Ənkəbut surəsi, ayə 45)
"(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar." (Hud surəsi, ayə 114)
Dualarımdasan..

 

(səs: 4)
Şərhlər: 1
Baxılıb: 4 662
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri