1.Ədəb bu qədər kifayətdir ki sevmədiyin şeyi başqası üçün də istəməyəsən.
* * * * * 2.Bilmədiyin şeyi danışma, hər bildiyini də demə.Ona görə Allah təala bədəninin hər üzvünə
bir hökmü vacib edib ki, qiyamət günü onlar ilə sənə dəlil gətirəcək.
* * * * * 3.Qeybəti dinləyən elə qeybət edən kimidir.
* * * * * 4.Çətinlikdə də asanlıqda da Allahdan razı ol.
* * * * * 5.Qəribədir: başqalarının dövlətinə, vəzifəsiə həsəd çəkirlər.Lakin onların sağlamlıqlarına isə həsəd çəkmirlər.
* * * * * 6.Dostuna bütün sirlərini açma, bir gün həyat onu sənə düşmən edər, peşman olarsan.Düşmənçilikdə pərdəni yırtma, bir gün gələr dostlaşarsan, xəcalət çəkərsən.
* * * * * 7.Yeməkdən əvvəl və sonra əlləri yumaq bərəkəti artırar.
* * * * * 8.Sübh tezdən oyanmaq bədənin möhkəmliyi və Allahın razılığına səbəbdir.
* * * * * 9.Pis xəbəri heç kimə çatdırma.
* * * * * 10.Xeyir işini təxirə salma.
* * * * * 11.Öz qədrini bilən adama ölüm qorxulu deyil.
* * * * * 12.Əmanəti sahibinə qaytar əgər o iynə və sap da olsa.
* * * * * 13.Sənin yaxşı qardaşın o adamdır ki, haqq naminə sənə çox acıqlana, pis işlərdən də səni çəkindirə.
14.O qədər olub ki 1-saatın xoşluğu illər uzunu dərdi qəmə səbəb olub.
* * * * * 15.Az danışanın xətası da az olar.
* * * * * 16.Pislik edənə yaxşılıq etməklə əziyyət ver.
* * * * * 17.Hər kim başqası üçün pis fikirləşsə onun üçün də pis fikirləşərlər.
* * * * * 18.Haqdan uzaqlaşanın ömrü qısalar.
* * * * * 19.Bir suala bir neçə cavab vermək həqiqəti itirər.
* * * * * 20.Allaha görə görülən əməllərin gözəlliyi, onun gizli olmasındadır.
* * * * * 21.Hər kəs "Bilmirəm”sözünü tərk etsə rüsvay və həlak olar.
* * * * * 22.Haqqında yaxşı gümanda olanın zənnini doğrult.