Dinimiz İslamı öyrənməyin yolu - Oxu!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 446
Səs ver:
(səs: 0)

"OXU!" İlk vəzifəmiz, ALLAHın ilk əmrinə əməl etməkdir... 
Dinimiz İslamı öyrənməyin yolu: Tək qaynağımız, bələdçimiz, işığımız
Quranı oxumaqdır...
Dinimizi öyrənmək istəyiriksə bildiyimiz dil ilə yəni Az-diində olan tərcümələri oxumalıyıq.
Ancaq bildiyimiz dildən oxusaq Quranı, dinimizi anlayıb, öyrənə bilərik.
Peyğəmbərimiz: "Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi! deyəcək.(Furqan surəsi-ayə 30).”

Məhşər günü Peyğəmbərimizin bu şəkildə şikayətçi olacağı qullardan olmayaq...
Quranı tərk etməyək, Onu oxuyaq. İslamı, ALLAHın əmr və qadağalarını öyrənək.
Quranı, ərəbcə biliriksə ərəbcə, ərəbcə bilmiriksə bildiyimiz dil olan Az-dili
tərcüməsində oxumalıyıq. ALLAHın istədiyi şəkildə dərin-dərin düşünərək oxumalıyıq...
Quranın tərcüməsini bir dəfə belə olsun oxumamış, çox sayda müsəlman var.
Bu çox əhəmiyyətli bir əskikliyimizdir. Quranı ən az bir dəfə oxumalıyıq.
Dinimizi, İslamı, ALLAHın əmr və qadağanlarını öyrənməliyik..
Tərcümə, arginalının eynisi ola bilməyəcəyi üçün, Quran, Az-dilindən oxunsa savabı olmaz, Az-dilində tərcüməsi oxunaraq xətm edilə bilməz, kimi mənasız boş sözlərə inanmaq lazım deyil!

Bunu unutmamaq lazımdı: ALLAH Quranı qoruyur!
İslamın tək qaynağı olan Qurana sahib çıxmaq hər möminin vəzifəsidir.
Quran OXU əmri ilə başlayar. ALLAHın ilk əmri ‘OXU' -dur.
Burada nəzərdə tutulan heç şübhəsiz Quranın oxunmasıdır.
Quranı, Quranda bildirildiyi kimi anlayaraq, düşünərək oxumaq lazımdır...
Hər möminin ilk vəzifəsi, ALLAHın ilk əmrinə əməl etməkdir...

"OXU!"

Redakte etdi: PRETTY_GİRL
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 446
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri