++++++++++++++Salamlaşma İlə Əlaqədar Hədisi Şəriflər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 635
Səs ver:
(səs: 0)

Salamlaşma ilə əlaqədar hədisi Şəriflər

Əbu Hüreyrə (rə)dan rəvayətə görə, Rəsulullah (səv) belə buyurdu: "Canım qüdrət əlində olan Allaha and içərəm ki; İman etmədən Cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədən də iman etmiş olmazsınız. Sizə etdiyiniz təqdirdə bir-birinizi sevəcəyiniz bir işi göstərimmi? Salamı aranızda yayın." (Müslim, İman: 17; Əbu Davud, Ədəb: 27)

İmran b. Husayn (rə)dan rəvayətə görə, bir adam Rəsulullah (səv)a gəldi və "Esselamü Əleykum" (Allahın salamı üzərinə olsun) , dedi. Peyğəmbər (səv) də "On" buyurdu. Bir başqa adam daha gəldi "Esselamü əleykum və rahmetüllahi." (Allahın salam və rəhməti üzərinizə olsun) dedi. Bunun üzərinə Rəsulullah (s.ə.v.) "İyirmi" dedi. Bir başqa adam daha gəldi və "Esselamü əleykum və rahmətullahi və bərəkatuh" (Allahın salamı rəhməti və bərəkəti üzərinizə olsun) dedi. Rəsulullah (səv) də "Otuz" buyurdu. Yəni dəyişik şəkillərdə salam verənlər, dəyişik miqdarlarda savab qazandılar. (Darımı, İstizan, 27)

Əbu Umamə (rə)dan rəvayətə görə, belə demişdir: "Ey Allahın Rəsulu! ‘Deyildi iki adam qarşılaşırlar bunlardan hansı əvvəl salam verəcək?' Rəsulullah (səv) belə buyurdu: "O iki adamdan Allaha ən yaxın olanı." (Əbu Davud, Ədəb: 122)

Cabir b. Abdullah (rə)dan rəvayətə görə, Rəsulullah belə demişdir: "Salam danışmadan əvvəldir."

"Bir kimsəni salam vermədən əvvəl yeməyə dəvət etməyin." (Tirmizi)

Hz. Peyğəmbər (səv) belə buyurdu: "Binitli gedənə, gedən oturana, az olan qrupa salam verər." İbn'ül Müsenna öz rəvayətində bunu da əlavə etməkdədir: "Kiçiklər böyüklərə salam verər." (Buxari, İstizan: 17; Müslim, Salam: 27)

"Müsəlmanın Müsəlman üzərindəki altı haqqdan biri də salam verməkdir." (Müslim)

"Bir yerə girərkən oradakılara salam vermək borc olduğu kimi, çıxarkən də salam vermək borcdur." (Beyhaki)

"Bir kimsə ayrılarkən, salam versə, onların xeyirli işlərinə ortaq olar." (Rüzeyn)

"İnsanların ən acizi dua etməyən, ən xəsisi də salam verməyəndir." (Taberani)

"Salamı yayar, acları doyurar, gecə hər kəs yatarkən namaz qılsanız, salamatlıqla Cənnətə girərsiniz." (Tirmizi)

"Ümumiyyətlə, iki adamdan, Allah qatında dərəcəsi yüksək olan əvvəl salam verər."(Tirmizi)

"And içərəm ki, imanı olmayan Cənnətə girməz. Bir-birinizi sevmədikcə, imana qovuşa bilməzsiniz. Bir-birinizi sevmək üçün çox salamlaşın!" (Tirmizi)

"Mömin qardaşına salam vermək, yanına gəlincə ona yer göstərmək və xoşlandığı adla xitab etmək, aradakı sevgini gücləndirər." (Taberani)

"Şirin dilli olmaq, salamlaşmaq və yemək yediyərmək, Cənnətə aparar." (Hakim)

"Tanışından başqasına salam verməmək Qiyamət əlamətidir." (Taberani)

Redakte etdi:
PRETTY_GİRL
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 635
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri