Sizcə Kifayət Qədər Şükr Edirsinizmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 070
Səs ver:
(səs: 0)

Gözəl görən gözəl düşünər. Gözəli görə bilməyin şərti isə pisliklərə, çətinliklərə ilişib qalmamaq, həyatın çətin tərəflərinə baxmayaraq həyat enerjisini itirməməkdir. İnsanda hər şeyin ən yaxşısına, ən gözəlinə sahib olmaq istəyi var.
Lakin öz-özünə heç bir şeyə sahib ola bilməyən insan, özünə verilən gözəllikləri görəndə xoşbəxtlik duya bilən və xoşbəxtlik hissiylə daha yaxşılarına daha gözəlinə talib ola bilən bir varlıqdır. Adam özünə müxtəlif nemətləri bəxş edən Rəbbinə nə qədər şükr etsə, həyatından da o qədər həzz alıb daha başqa nemətlərə də sahib ola bilməkdədir.

Gözünüz Doysun!
İnsanlarda olan nemətlərə qovuşduqca daha çoxunu istəmək xüsusiyyəti bir gözü doymamazlıq da meydana gətirir, beləcə insansahib olduqlarını da görə bilmir. Doymamazlıq duyğusu adamda həmişə bir narahatlıq meydana gətirərək həyatdan zövq almaq duyğusunun azalmasına yol açır.
Hər şeyin pis və ya əskik tərəfini görmək, adamın müsbət enerjisini gündən günə yeyib qurtarır. Bu enerji azalması adamın məhsuldarlığını azaldar, onu həyatdan, insanlardan getdikcə qoparar. Doymamazlıqdan xilas ola bilmək üçün sahib olduqlarının dəyərini bilmək, nemətləri görə bilmək bacarığını inkişaf etdirmək lazımdır. Necə ki "Şükr etsəniz nemətlərimi artıraram" (İbrahim, 14/7) ayəsi bu həqiqəti bildirir.

Allaha söykən, Ona təslim ol!
Peyğəmbərimiz (s.ə.v) belə buyurur: "Yorğunluq, həmişə xəstəlik, dərd, kədər, çətinlik və qəmdən, ayağına batan tikana çatana qədər Müsəlmanın başına gələn hər şeyi, Allah, onun səhvlərini bağışlamağa vəsilə edər."(Riyazü's-Salihin, Erkam Nəşrləri) 

Hədisin verdiyi mesajlar:
1) Bəla və müsibətləri hər vaxt cəza olaraq qəbul etməmək lazımdır. Çünki onlar, çox vaxt rəhmət olarlar.
2) Səbr edən mömin üçün çətinlikləri, günahlarına kəffarə olar. Bu da bir nemətdir.
3) Mömin, bəla və müsibətlər qarşısında "Allahım, nə idi günahım" kimi üsyan edən sözlər deməməlidir.

Qızıl nəsihətlər
Əməlini gizli tut, lovğalanma!
Cəfəri Sadiq Həzrətlərinin bu qızıl öyüdlərinə qulaq asaq: Bir saleh əməl işləyəndə onu gözündə kiçilt və gizli tut. Çünki kiçik görsən səni özünü bəyənməyə aparmaz. Gizləsən, əskiyi tamam olar, yəni fəziləti artar. Tələsik etsən, o saleh əmələ bir an əvvəl qovuşmuş olarsan.
Çünki nəfs zəifliyə qapılıb onu gecikdirə bilər və ya səni ondan imtina etdirə bilər. Mömin qardaşına aid sevmədiyin bir şey eşitsən, israrla onun bir bəhanəsinin ola biləcəyini düşün. Tapa bilmərsənsə, "Bəlkə mənim anlaya bilmədiyim bir üzrü var" de və ayıbını ört!

Redakte etdi: PRETTY_GİRL

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 070
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri