++++++++++++++++++++Dini məlumatlar

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 2 197
Səs ver:
(səs: 0)

 Qəzəb

İnsanda baş verən qəzəb hissi onu intiqam almaq fikrinə salar və insanın içi intiqam almaqla rahat olar.İnsan bu halda ikən öz nəfsini cilovlamaqda azacıq süstlük edərsə,onun sağlam ağlı dərhal qəzəbin qəhri ilə boğular,hər bir pis,rəva görülməyənvə nalayiq iş onun nəzərində düzgün görünər.Bəzən qəzəb dalğası coşub elə həddə çatar ki,insan yırtıcıdan daha yırtıcı və oddan daha yandırıcı olar.İslamda bu sayaq qəzəbdən coşmağın qarşısınıalmaq üçün təkidlə sifarişlər edilmiş və belə hallar pislənmişdir.Allah-təala öz qeyzini cilovlayan və qəzəb zamanı dözümlülük göstərənlərə ,başqalarını əfv edənlərə rəğbət və lütf göstərər.Qurani-kərimdə belə deyilir:
-"Təqva əhli bolluqdada,qıtlıqda da(mallarını yoxsullara) xərcləyər,qəzəblərini udar,insanların günahlarından keçərlər.Allah yaxşılıq edənləri sevər.”(Ali-İmran:134)
Möminlərə xas sifətlərdən biridə qəzəb zamanı yumşalmaq və rəhmdil olmaqdır.Allah-təala öz kəlamında buyurur:
-"Möminlər o kəslərdir ki,böyük günahlardan və rəzil işlərdən çəkinər,(birinə) qəzəbləndikləri zaman(onun təqsirini) bağışlayarlar.” (Şura:37)
Quranın Allah yolunda mücahidə və fədakarlığa çağırışı İctimai qanunları tənzimləyən üsullar meyvə ağacına bənzəyir.Bu ağacın çiçəklənib bar verməsi üşün münasib vaxt və zəmin lazımdır.Ona qulluq göstərmək,suvarmaq və başqa işlər görmək lazımdır.Həmin qulluq nəticəsində ağac yerdə elə dərin kök salıb möhkəmlənə bilir.Bu ağac vaxtlı –vaxtında gül açıb çiçək verir.İslam ağacı təkcə dini etiqad olmayıb,başdan-başa ictimai maarif və mədəniyyət toplusudur.Onun öz meyvəsini yetişdirməsi üçün bir neçə mərhələdən keçməsi lazım gəlir.
1.Xalq tərəfindən qəbul olunur.
2.Təlim vasitəsilə insan icmasında yer tutur və davam edir.
3.Elmi yöndə əsaslandırılır və zamanın zərərli hadisələrindən qorunaraq öz əsas sağlam məcrası ilə hərəkət edərək cəmiyyətdə möhkəmlənir və genişlənir.Bölmənin sonunda diqqət yetirmək lazımdır ki,Quran təkcə ğz nizamlı quruluşu və məzmunu ilə ən uca insan kəlamı qarşısında aciz qalmayıb,bəlkə bəşərin bütün fitri ehtiyaclarına mükəmməl cavab verdiyinə görə öz üstünlüyünü və ilahı məqamını sübut edib.Onun verdiyi qeybi xəbərlər,bəyan etdiyi ali həqiqətlər səmavi kitaba xasdır.
Ona görə Quran başqalarına xitabən onları rəqabətə çağırmaqla bir daha bildirir ki,kimsə belə bir kitab gətirə bilməz,çünki bu adi bəşər sözü deyil,ilahi kəlamdır.
Redaktə Etdi: N E L L I
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 197
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri