++++++++++++++++++Hər pislik insanın özündəndir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 086
Səs ver:
(səs: 0)

Quran əxlaqından xəbərsiz insanların ümumi özəlliklərindən bir dənəsi yaxşılıq gördükləri ya da rahat yaşadıqları zaman bunu özlərindən zənn etmələri və ərköyünlüyə qapılmalarıdır. Başlarına bir pislik gəldiyi zaman da dərhal günahlandıracaq bəzilərini axtarışlarıdır. Halbuki ALLAHın ədaləti sonsuzdur və hər pislik adamın özündən qaynaqlanmaqdadır. Ayədə belə buyrulur:
"(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq ALLAHdandır, sənə üz verən hər bir pislik isə özündəndir. (Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. ALLAHın buna şahid olması (sənə) kifayət edər." (Nisə Surəsi, 79)
Quranda inkarcıların hadisələri azğın qiymətləndirmələrinə yönəlik örnəklər verilmişdir. Məsələn Firon və ətrafındakıların başlarına pislik gəldiyində bunu, Hz. Musa və yanındakıların uğursuzluğu olaraq şərh etdikləri amma əslində əsl uğursuz və pislik qaynağı onların özləri olduğu Əraf Surəsində belə xəbər verilmişdir:
"Onlara bolluq qismət olduğu zaman: "Bu bizim (haqqımızdır)!” – deyər, bir pislik üz verdikdə isə bunu (bir uğursuzluq, nəhslik kimi) Musadan və yanındakılardan görərdilər. Agah olun ki, onların başına gələn uğursuzluq (nəhslik) ALLAHdandır, lakin onların əksəriyyəti (bunu) bilməz!" (Əraf Surəsi, 131)
Yuxarıdakı örnəkdə gördüyümüz kimi, dindən uzaq insanlar hər vəziyyətdə günahlandıracaq bəzilərini axtararlar. Öz etdikləri çirkinlikləri görməzdən gəlir və yaxşı insanların pisliklə günahlandırmağa çalışarlar. Halbuki yuxarıdakı ayədə də diqqət çəkildiyi kimi əsl pisliyin qaynağı özləridir. Əgər bu insanlar yaxşını pis, xeyiri də şər olaraq şərh edilərsə bunun tək məsulu da özləridir.

Redakte etdi: PRETTY_GIRL

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 086
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri