++++++++++++++++++++Ali Imran Surəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 075
Səs ver:
(səs: 0)

Ali-İmran surəsi (Mədinədə nazil olmuşdur, iki yüz ayədir)

91-120

Bismillahir Rəhmanir Rəhim! 

91. Həqiqətən kafir olub küfr halında (kafir olaraq) ölmüş 

kəslərin heç birindən öz canlarının qurtulması üçün hətta yer üzünün tutumu 

qədər qızıl versələr belə qəbul olunmayacaqdır. Onlar üçün ağrılı bir 

əzab vardır və onlara bir kömək edən (də) olmayacaqdır.


92. Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla 

(kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, 

(Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir.

93. Tövrat nazil olmamışdan qabaq İsrailin 

(Yəqubun xəstəliyə və ya etdiyi nəzirə görə) özünə haram etdiyi şeylərdən

(dəvə əti və südündən) başqa bütün yeməklər İsrail övladlarına halal idi.

(Deməli pak olan şeylərdən bəzilərinin Tövratda haram edilməsinin 

səbəbi onların keçmiş şəriətdən qalmaları deyil, İsrail övladlarının günahlarıdır.) 

De: «Əgər doğru deyirsinizsə (belə deyilsə) onda Tövratı gətirin və 

onu oxuyun (ki, Tövratda haram edilən yeməklərin cəza 

xarakterli hökmlər olması sübuta yetsin)».


94. Buna görə də kim bundan sonra Allaha yalan nisbət versə 

(və Tövratın haram etdiyi şeylərin keçmiş şəriətdən qalmasını desə), məhz onlardır zalımlar!


95. De: «Allah doğru buyurdu (ki, Tövratın haram etdiyi şeylər 

əvvəlki şəriətlərdə və İbrahimin dinində halal olub). Buna görə də haqpərəst olan

və müşriklərdən olmayan İbrahimin dininə tabe olun».


96. Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, 

həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) 

xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir.


97. Onda (Allahın tovhid, hikmət və rəhmətindən) aşkar nişanələr 

(və həmçinin o nişanələrdən biri olan) İbrahimin məqamı vardır. 

Kim ora daxil olsa amandadır (amanda olmalıdır). 

Allahın insanların - əlbəttə ora getmək imkanı olan kəsin - boynuna 

düşən haqqı budur ki, o evə gedərək oranın Həcc əməllərini yerinə yetirsinlər. 

Kim nankorluq etsə, (bilsin ki,) həqiqətən, 

Allahın aləmdəkilərə ehtiyacı yoxdur.


98. De: «Ey kitab əhli, nə üçün Allah etdiyiniz əməllərə şahid 

olduğu halda Allahın ayələrinə və nişanələrinə küfr edirsiniz?!»


99. De: «Ey kitab əhli, nə üçün Allahın yolunu özünüz (onun haqq olmasına) 

şahid olduğunuz halda əymək istəyərək iman gətirən şəxsi Allahın yolundan 

saxlayırsınız?! Allah etdiyiniz əməllərdən əsla qafil deyildir».


100. Ey iman gətirənlər, əgər (səmavi) kitab verilmiş kəslərdən bir dəstəyə 

itaət etsəniz, (onlar) sizi imanınızdan sonra küfrə qaytararlar. 

101. Allahın ayələri sizə oxunduğu halda və Onun Rəsulu sizin aranızda

ola-ola necə küfr edirsiniz?! Kim Allaha sığınsa,

doğrudan da, doğru yola hidayət olunmuşdur.


102. Ey iman gətirənlər, Allahdan Ona layiq olan tərzdə 

qorxun və yalnız müsəlman olaraq ölün. 

103. Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) 

möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə 

düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki,

Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin 

siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. 

Allah Öz (tovhid, qüdrət və hikmət) nişanələrini sizin üçün 

bu cür bəyan edir ki, bəlkə hidayət olasınız.


104. Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən,

yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. 

Məhz onlardır nicat tapanlar!


105. (Yəhudi və xristianların) parçalanan və

aşkar dəlillər gəldikdən sonra ixtilafa düçar olan kəslər(i) kimi olmayın. 

Onlar üçün böyük bir əzab vardır.

106. Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə! 

Üzləri qara olanlara gəldikdə (onlara deyiləcək): «İman gətirdikdən sonra kafir oldunuz?!

Elə isə küfr etdiyiniz şeyin müqabilində dadın bu əzabı!»

107. Üzləri ağ olanlara gəldikdə isə, (onlar) 

Allahın rəhmətindədirlər və orada əbədi qalacaqlar.

108. Bunlar (axirət aləminin hekayətləri), 

Allahın ayələridir ki, onları haqq və doğru olaraq sənə oxuyuruq. 

Allah əsla aləmdəkilərə zülm (etmək) istəmir.

109. Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) 

Allahın həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və aradan aparmaq,

bunların hamısı Onun istək və iradəsinin təsiri altındadır.) Və (varlıq aləminə aid olan) 

bütün işlər Ona tərəf qaytarılacaqdır.


110. Siz (müsəlmanlar), (Allah tərəfindən dünyanın) insanlar(ın)a

zahir olmuş ən yaxşı ümmətsiniz, bəyənilən işə əmr edir və çirkin işdən çəkindirirsiniz və

Allaha (nazil etdiyi şeylərdə) iman gətirirsiniz. Əgər kitab əhli də iman gətirsəydi, 

əlbəttə onlar üçün daha yaxşı olardı. Onların bəzisi mömin və çoxu itaətsizdirlər.

111. Onlar (yəhudilər və xristianlar) sizə azacıq əziyyətdən

savayı əsla sizə ziyan vura bilməzlər. Əgər sizinlə döyüşsələr, sizə arxa çevirərlər 

(dönüb qaçarlar), sonra kömək olunmazlar.


112. Harada tapılsalar (İslam baxımından) 

onlara - Allah tərəfindən olan bir ip(ə İslamı qəbul etməyə) və ya camaat tərəfindən

olan bir ip(ə müsəlmanların himayəsinə sığınmaları) istisna olmaqla - zillət və xarlıq 

(damğası) vurulmuşdur. Onlar Allahın qəzəbinə tərəf dönüb

Onun qəzəbinə layiq olublar və onlara (etiqadi, əxlaqi, əməli və ictimai) 

fəqirlik və bədbəxtlik (damğası) vurulmuşdur. Bu ona görədir ki, onlar həmişə

Allahın ayələrinə kafir olur və Allahın peyğəmbərlərini nahaq yerə öldürürdülər.

Bunun səbəbi günah etmələri və həmişə həddi aşmalarıdır.

113. Onların hamısı bir deyil. Kitab əhlindən əməli 

doğru olan bir dəstə vardır ki, onlar gecə vaxtları (Allaha) boyun əyib səcdə 

edərək Allahın ayələrini oxuyurlar.


114. Onlar Allaha və axirət gününə iman gətirir,

bəyənilən işə əmr edir, nalayiq işdən çəkindirir və xeyir işlərə tələsirlər. 

Onlar ləyaqətlilərdəndirlər.


115. Onlar etdikləri heç bir xeyir iş üçün əsla

mükafatsız qalmazlar. Allah təqvalıları(n halını) biləndir. 


116. Şübhəsiz, kafirlərin nə malları və

nə də övladları onlardan Allah(ın əzabın)dan heç bir şeyi əsla dəf etməyəcəkdir. 

Onlar od əhlidirlər və orada əbədi qalacaqlar.

117. Onların bu dünya həyatında

(İslamla düşmənçilik yolunda, yaxud riyakarlıqla və ya hər hansı bir xeyir işdə) 

xərclədikləri malların misalı özünə zülm etmiş bir dəstənin əkinlərinə (cəza olaraq)

əsən və onu məhv edən çox soyuq külək kimidir. 

Allah onlara zülm etməyib, lakin onlar özlərinə zülm edirlər.


118. Ey iman gətirənlər, özünüzdən başqasını 

özünüzə sirdaş dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan 

çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər. Düşmənçilik (elə) ağızlarından 

(sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür. 

Əgər düşünürsünüzsə, biz sizin üçün (onların halının) nişanələri(ni) bəyan etdik.


119. Budur, sizin bütün (səmavi) kitablara

(hətta onların kitabına) imanınızın olmasına (onların isə sizin kitabınıza

imanlarının olmamasına) baxmayaraq onları sevən (yenə də) sizsiniz 

və onlar sizi sevmirlər. Sizinlə görüşdükləri zaman «iman gətirdik» deyirlər. 

Bir-birləri ilə xəlvətə çəkildikləri zaman isə, sizə qarşı olan qəzəblərinin çoxluğundan

barmaqlarının ucunu gəmirirlər. De: «Acığınızdan ölün! 

Həqiqətən, Allah ürəklərdə olanı biləndir».


120. Sizə bir xeyir və yaxşılıq yetişdikdə,

(bu) onların halını pisləşdirər, pislik və narahatçılıq yetişdikdə isə ona şad olarlar. 

Əgər səbr etsəniz və təqvalı olsanız, onların hiylələri sizə heç bir ziyan yetirə bilməz. 

Həqiqətən, Allah onların etdiklərini (elm və qüdrəti ilə) əhatə etmişdir.

Redakte etdi: PRETTY_GIRL

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 075
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri