Bərəkət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 659
Səs ver:
(səs: 3)
Bir gün Musa əleyhissalam bir kənddə var-dövləti və səxavəti ilə ad çıxarmış bir adama rast gəlir. Həmin şəxs də onu evinə dəvət edir. Oturub
şirin söhbət edirlər.
Söhbət əsnasında o deyir:
- Malım-dövlətim başımdan aşır. Özüm çox can atmasam da Allah-Təala var-dövləti başımdan yağdırır. Qorxuram ki, bu nemətlərin şükrünü edə bilməyim. Həm də mal-dövlət o qədər çoxdur ki, bunlarla məşğul olmaqdan qorxuram ibadətə vaxtım çatmaya. Yəni bu var-dövlət mənim Allah Təalaya olan şükrümü, ibadətimi azalda bilər. Mənə bir məsləhət verin, neyləyim ki, dövlətim getdikcə azalsın? Həzrəti Musa deyir:
- Sən belə elə. Yavan çörəyi əlinə al, küçədə gəzə-gəzə ye.
Adam Həzrəti Musanın bu təklifini
qəbul edir. Aradan bir xeyli keçir, yenə Həzrəti Musanın yolu həmin kənddən düşür. Gəlib həmin adamı tapır. Vəziyyəti soruşur. Adam nə desə yaxşıdır:
- Siz mənə məsləhət verib getdiniz. Mən də siz deyən kimi elədim. Amma siz gələnə qədər Allah-Təala mənə birə-beş verirdisə, siz gedəndən sonra birə-on verdi. Sizin məsləhətiniz mənim mal-dövlətimi azaltmadı, daha da artırdı. 
Həzrəti Musa deyir:
- Hələ bir göstər görüm, sən necə gəzib, necə yeyirsən?
Adam gedib bir ətəklik gətirir, onu səliqə ilə boynuna bağlayır, sonra da əlinə çörək alıb yeyə-yeyə gəzməyə başlayır. Ağzının kənarından düşən
qırıntılar ətəkliyin içində toplanırdı. Adam əlindəki çörəyini yeyib qurtarandan sonra ətəkliyə
ökülmüş qırıntıları da ovcu ilə toplayıb ağzına atır. Bu mənzərəni görən Həzrəti Musa ucadan gülür və
deyir:
- Mən o məsləhəti verəndə düşündüm ki, sən gəzə-gəzə çörək yeyəndə qırıntılar sağa-sola dağılar və
onunla da sənin evinin bərəkəti azalar. Amma mən hardan düşünəydim ki, sən çörəyin heç tozunu da itkiyə verməyəcəksən.
Evinin bərəkəti də elə bunun üçün artır.

Redakte etdi:PRETTY_GİRL
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 2 659
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri