++++++++++++++++++++Dini Afroizmlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 150
Səs ver:
(səs: 0)

1. Səbr hər şeyin dərmanıdır

2. Budur hər şeyi yoxda var edən ALLAH-ın qüdrəti 

3. Səbr ALLAH-ın sizə göndərdiyi nicat gəmisidir

4. Əsil ALLAH adamı odur ki, gələcək nəsil üçün düşünür

5. Hər bir bağın özünə məxsus toxumu var.cənnətin toxumu isə mömünlərdir

6. Savab burda qeybetdir qeybet isə həqiqətdir 

7. Məscid ALLAH bəndələr arasında bir körpüdü

8. Haqsızlığa baş qaldırmayanlar, onlardan gələcək hər pisliyə qatlaşmalıdırlar

9. Tövbəyə inam gətirmək təslim olub əməl etməkdir 

10. Qula bela gəlməz tanrı yazmadıqca Tanrı bəla yazmaz qul azmadıqca

11. ALLAH sizin nə xarici görünüşünüzə nə də mallarınıza baxar. Amma O sizin ürəklərinizə və işlərinizə baxar.

12. Hər insan səhv edər. Səhv edənlərin ən xeyirliləri tövbə edənlərdir

13. İnsanda bir orqan vardır. Əgər o sağlam isə bütün bədən sağlam olar; əgər o pozulsa bütün bədən pozular. Diqqət yetirin! O, ürəkdir.

14. Heç bir ata, uşağına, gözəl tərbiyədən daha üstün bir hədiyyə verə bilməz

15. Bir şam digər şamı alışdırmaqla işığından heç nə itirmir (Mevlana)

16. Min zülmə məruz qalsan da zülm etmə (Hz.Əli)

17. Uşaqlarınızı quzu kimi böyütməyin ki, gələcəkdə quzu kimi güdülməsinlər ( ŞEYX SADİ ŞİRAZİ) 

18. Gecənin nə qədər uzun olduğunu yalnız xəstələr bilir (SADİ)

19. Hər qəlbin döyüntüsü öz əcəlinin ayaq səsləridir (BEYAZİDİ BESTAMİ)

20. Tarix yox səhifələr təkrarlanır (ABDULHAMİD HAN)

21. İncə sözlər kəskin qılınca bənzəyir, qalxanın yoxdursa geri çəkil(Mevlana)

22. Gizlətdiyin sirr sənin əsirindir, açsan sən onun əsiri olarsan (Hz.Əli) 

23. Gözəl danışmağın sirri, lazımsız və mənasız sözləri unutmaqdır(HZ.ƏBUBƏKİR)

24. Gözəl söz söyləyən pis söz eşitməz (FİRDOVSİ)

25. Yaxşılığı gizlətmək pisliyi gizlətməkdən daha üstündür. (Əbu Bəkir F.)

26. Əyri ox doğrul yolla getməz. (Hz. Əli)

27. Cahillərin qelbi dodaqlarında, alimlərin dodaqları qelblerindedir. (Hz. Əli)

28. Əsl varlı insan bilgisi çox olan insandır. (Hz. Əli )

29. Bir yerdə olmağın kədəri, ayrılığın səfasından daha xeyrlidir. (Yehya bin Muaz)

30. Mal xəsislərdə, silah qorxaqlarda, qerar da zeyiflərdə olsa işlər pozular. (Hz. Əbubəkir)

31. Haqsızlıq qarşısında eyilmeyin çünki haqqınızla bərabər şərəfinizi də itirərsiniz. (Hz. Əli)

32. Özü doğru olanın, sözü də doğru olar. (Hz. Əli)

33. Ən böyük fəlakətlər içində belə ümidini itirmə, unutma ki, ilik sərt sümüyün içindən çıxır(Hafiz Şirazi)


Redakte etdi: PRETTY_GIRL

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 150
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri