+++++++++++++Göyün 7 qatı

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 5 913
Səs ver:
(səs: 0)
 
+++++++++++++Göyün 7 qatı
Allah göyü buxardan yaratmışdır. Göyün 1-ci qatı "Barqiya" adlanır. Bu qatda yaşayan mələklər daima Allaha diz çöküb ,ona səcdə edirlər. Bu qatın mələklərinin baş məlakəsinin adı İsmaildir. Göyün bu qatı ildırımların mənbəyi sayılır. Hədsiz dərəcədə böyük bir mələk buludları idarə edir və 
yağışın yağmasını təmin edər, yağışın hər damcısı onun hesabındandır. Bu qatın mələkləri 
Allahın adına deyərlər :
- Cəmi aləmin hökmdarına eşq olsun!
Göyün "Qaydum" adlanan 2-ci hissəsi ərimiş gümüşdəndir. 
Burdakı mələklər deyərlər:
- Qar ilə odu birləşdirən və bizi öz qullarını bu şəkildə yaradan Xaliqə eşq olsun! Baş mələyin adı Mihaildir. Burada yaşayan mələklərin hər birinin son dərəcə gözəl adları vardır özlərinə məxsus. Bu mələklər oddan və qardan yaransalarda bir birlərinə ziyan verməzlər.
Göyün "Maun" adlanan 3-cü qatı qırmızı yaqutdandır. Buradakı mələklərin bir hissəsi qəddini əymədən, bir hissəsi isə əyərək, Allaha səcdə edərlər. Onlar yaradanın şəninə belə deyərlər:
- Əbədi olan Allaha eşq olsun ki heç vaxt yox olmayacaqdır! Baş mələyin adı Səfaildir. 
Göyün "Aqura" adlanan 4-cü qatı mirvaridəndir. Burada yaşayan mələklər deyərlər:
- Mələklərin hökmdarı olan ilahi rəbə eşq olsun! Göyun bu qatının baş mələyinin adı Qaildir (Arqun)
Göyün "Mağun" adlanan 5-ci qatı qızıldandır. Burda yaşayan mələklər Allahın şəninə belə deyirlər :
- Nuru yaradan Allaha eşq olsun! Allah alqışa layiqdir! Baş mələyin adı Asfaildir .
Göyün "Raqa" adlanan 6-cı qatı parlaq yaqutdandır. Burdakı mələklər Allahın şəninə deyərlər:
- Bütün gözə görünən şeylərin Xaliqinə eşq osun! Baş mələyin adı Arnasdır .
Göyün "Əriba" adlanan 7-ci qatı işıqdan, nurdan yaranıb. Bu qatda yaşayan mələklər deyərlər:
- Bütün canlıları yaradan və onlara ab-hava verən Allaha eşq olsun! Bu qatın baş mələyi Rəqail adlanır. Bu qatda o qədər sayda mələk vardırki, onların sayını yalnız Allah bilir. Bu mələklər geriboyunlar adlanırlar. Hər birinin özünə məxsus siması, sürəti vardır və onlar bir-birlərinə baxmırlar. Allahın qəzəbindən qorxaraq ara vermədən qiyamət gününə qədər ağlayarlar. Əgər onların naləsini hər hansı canlı eşitsə həmin anda məhv olar.
Bu qatda uzunluğu 80 ilə qət edilən bir dəniz vardır. Bu dənizdə mələklər yaşayarlar, hansı ki, Allaha göz yaşı tökərək yalvararlarki Tanrı Məhəmməd peyğəmbər(s)-in ardıcıllarının günahından keçsin. Onlar bunu qiyamət gününə qədər edərlər.
Redaktə Etdi :N E L L I
 
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 5 913
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri