+++++++++++++++++++++++Əl - Bürüc surəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 1 877
Səs ver:
(səs: 0)

«Bürclər» surəsi (Məkkədə nazil olmuşdur, 22 ayədir) 

Bismillahir-rəhmanir-rəhim!

And olsun bürclər sahibi olan göyə; 

And olsun vəd olunmuş günə (qiyamət gününə); 

And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə

(peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki, 

(Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) 

xəndək sahibləri (lənətə düçar olub) qətl edildilər. 

Əl - Bürüc surəsi

O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı. 

O zaman onlar (xəndəklərin) kənarında oturub, 

(Öz əsgərlərinin) möminlərin başlarına 

gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər. 

Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, 

(hər cür) şükrə (tərifə) layiq olan Allaha iman 

gətirdiklərinə görə intiqam alırdılar. 

O Allah ki, göylərin və yerin ixtiyarı Onun

əlindədir. Allah hər şeyə şahiddir! 

Əl - Bürüc surəsi

Şübhəsiz ki, mömin kişi və qadınları (dinlərdən döndərmək üçün)

bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri 

cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir. 

İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından 

çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)! 

Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir! 

Həqiqətən, (insanı) yoxdan var edən və

(öldükdən sonra) təkrar dirildən Odur! 

Əl - Bürüc surəsi

(Bəndələrini) çox bağışlayan, çox sevən də Odur. 

Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur! 

O, istədiyini edəndir. 

(Ya Peyğəmbər!)

Orduların xəbəri gəlib sənə çatdımı?-

Firon və Səmud (ordularının)? 

Xeyr, kafir olanlar (səni və Quranı) 

elə hey təkzib etməkdədirlər. 

Əl - Bürüc surəsi

Onların bütün ixtiyarı Allahın əlindədir! 

Xeyr, o (şer deyil) şanlı-şərəfli Qurandır! 

O, lövhi-məhfuzdadır! (Quran Allah dərgahında qorunur.

Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz!)


Redakte etdi: PRETTY_GİRL
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 877
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri