+++++++++++++++++Sən qatilsən. Anam deyilsən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 677
Səs ver:
(səs: 0)

 


Sizə bir qadının abort zamanı yaşadığı qəribə hadisə haqda hekayə təqdim edirəm:
Bu ağ paltar,ağ divarlar,ağ yataq Sevdanı çox ürkütmüşdü.Fikrini dağıtmaq üçün pəncərəyə yaxınlaşdı. Uşaqların səsi gəlirdi.Bu, onun fikrini dağıtmaq yerinə bir azdan yaşayacağı hadisənin üzərində daha çox cəmlənməsinə səbəb olmuşdu.O qədər fikrə getmişdi ki, içəri girən tibb bacısının onun qolundan tutmasını hiss etməmişdi belə.Yalnız tibb bacısı onu səsləyəndə ayıldı fikirdən:
-Sevda xanım, Sevda xanım.Gəlin uzanın.Həkim bir azdan gələr.
O, özündən asılı olmadan yatağa uzanmışdı. Bunu həyat yoldaşı istəməmişdi.Amma o, artıq dördüncü uşaqla baş edə bilməyəcəyini bilirdi.Həm maddi vəziyətləri də buna imkan vermirdi. Birdən qızları gəldi ağlına.Səma hələ çox balaca idi.1 yaşı vardı.Aylinin 2, Əsmanın 4 yaşı vardı.Yenə tibb bacısı onun fikrini dağıtdı:
-Sevda xanım, indi vuracağımız iynə sizi yatırdacaq.
O haqlı idi.Sevda yavaş-yavaş gözlərinin qapandığını hiss etdi.
Bir körpə qığıltısına yatağından qalxdı.Yanında çox gözəl bir oğlan uşağı vardı.Amma uşağın qolu,ayaqları qan içində idi.Əlini körpəyə uzadıb ona toxunmaq istəti.Birdən körpə danışmağa başladı:
-Toxunma mənə.Sən məni öldürdün.Bax, əlimi,ayaqlarımı necə kəsdin.Sən mənim qatilimsən.Anam deyilsən.Qatilsən.Bunu mənə niyə etdin.
Birdən körpə yox oldu.Amma onun sözləri qulağında əks-səda verirdi.
O, dözülməz bir ağrıya oyandı.Başının üstündə dayanan həkim və bayaqkı tibb bacısını gördü.
-Oğlum hanı? Onu hara apardınız? Verin onu mənə.
-Abortunuz uğurlu keçdi.Uşağınızın oğlan olduğunu haradan bilirsiniz?
Gözündən yaş süzüldü Sevdanın. Üç aylıqkən qıydığı oğlunun vicdan əzabı ilə yaşayacaqdı bundan sonra..

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 677
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri