Bir gün hislər mübahisə etməyə başlayırlar: Kim güclüdür?
- Mən güclüyəm - deyə Nifrət sözə başladı - mən insanı hər şeyə sövq edə bilərəm. Mənim sayəmdə Xəyanət və Acıq yaranıb.
Qısqanclıq dedi: Xeyr, mən güclüyəm. Düzdür, mənim sayəmdə heç bir hiss yaranmayıb,amma mən insanı cinayətə sürükləyə bilərəm.
- Siz nə danışırsınız? - deyə Tənhalıq acıqlandı - Cinayət nədir? Mən insanı intihara məcbur edə bilərəm, deməli mən ən güclüyəm.
Bu zaman Xeyirxahlıq söhbətə qoşuldu: - Siz niyə belə pis, ağır şeylər danışırsınız? Mən ən güclünüzəm, çünki mən həyatda gözəlliklər yaratmağa kömək edirəm.
Nifrət gülərək onun sözünü kəsdi: - Bunlar boş şeylərdir. Əgər hamı bir-birinə nifrət etməyə başlasa sənin yaratdığın bu gözəllik kimə lazım olacaq?
- Mübahisə etməyin - Sevgi dedi: - Güclü mənəm. Mən yaxşı insanı pis, pisi isə yaxşı edə bilərəm. Mən bütün maneələri dəf edərək hamını öz arxamca apara bilərəm.
- Axı indiki zamanda sevgiyə qiymət verən yoxdur - Xəyanət dedi.
- Hə,hə. Sən artıq öz yerini çoxdaaan itirmisən - deyə Şübhə Xəyanətin sözlərini təsdiqlədi.
- Deməli hamımız eyniyik?
- Xeyr - deyə Ağıl cavab verdi:- Bir hiss var ki, heç vaxt öz gücü ilə öyünmür,ancaq hamınızdan alidir. O Xəyanətin və Acığın qarşısını ala bilər, Nifrətdən qorxmur. O hər birinizdən güclüdür, çünki qorxu nədir bilmir.
Bütün hislər qışqırmağa başladı: - Bu ola bilməz,belə hiss yoxdu.əgər varsa onda o hardadı?
- Onun indi sizlərlə mübahisəyə vaxtı yoxdu. O indi keşik çəkir, qoruyur, vaxtını boş yerə sərf etmir. O daim Xoşbəxtliyin və Sakitliyin keşiyindədi…