"Odunçu İlə Şeytanın Döyüşü"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 145
Səs ver:
(səs: 5)

Odunçuluqla həyatını qazanan bir şəxs vardı. Allaha qarşı qulluq "vəzifəsini" edərdi. Kimsənin turşuna, şirininə qarışmazdı.Bu zahid adamın olduğu kəndin yaxınında bir kənd daha vardı, onlar da dağda müqəddəs deyə qəbul etdikləri bir ağaca inanar , ondan mədəd gözləyərdilər.Odunçu, bir gün: «Bunların Allah deyə tapındıqları ağacı kəsib odun edim, bazarda sataraq çörək pulu qazanaram; həm də, bir qövmü Allaha üsyandan qurtarmış olaram» deyə düşünərək Allah rizası üçün ağacı kəsməyə qərar verdi.Dağa doğru gedərkən qarşısına əcaib sifətli murdar bir adam çıxaraq hara getdiyini soruşdu. Odunçu:

- Xalqın Allaha üsyan etdikləri ağacı kəsməyə gedirəm, dedi. Adam, odunçuya:- Mən şeytanam .O ağacı kəsməyinə icazə vermirəm, deyincə zahit odunçu, şeytana çox əsəbləşmişdi..Öldürmək üçün hücum edərək yerə yatırdı və üzərinə oturub xəncərini boğazına söykədi.Şeytan zahide:- Ey zahid, sən məni öldürə bilməzsən. Allah mənə qiyamətə qədər icazə vermişdir. Lakin gəl o ağacı kəsmə, səninlə razılaşaq. Mən sənə hər gün bir qızıl verim, sən də ağacı kəsməkdən imtina et. Həm günah işləmək sənin neyinə gərək, qızılını al işinə bax, dedi.Adam şeytanı buraxmışdı. Şeytan adama, axşam yatıb səhər yastığının altına baxmasını söylədi və razılaşaraq ayrıldılar.Adam ağacı kəsməkdən imtina edib, evinə dönmüşdü . Axşam yatıb səhər yastığının altına baxdığında, qızılı gördü. Məmnun olmuşdu, ikinci gün oldu. Lakin bu səfər şeytan qızılı qoymamışdı. Adam əsəbləşib baltasını götürdüyü kimi dağa ağacı kəsməyə getdi. Lakin yolda yenə şeytanla qarşılaşdılar. Adam şeytana yaxşıca əsəbiləşmişdi.. Görüncə:- Səni saxtakar səni, aldatdın deyilmi məni?., Deyərək üzərinə hücum etdi.Lakin əvvəlki tam tərsinə bu səfər şeytan adamı tutduğu kimi altına aldı. Adam çaşmışdı. Bu necə hal deyər kimi şeytanın üzünə baxırdı. Şeytan:- təəccübləndin deyil mi? Nə üçün mənə məğlub olduğunun səbəbini söyləyim: Dünən sən Allah rizası üçün ağacı kəsməyə gedirdin. Səni deyil mən, dünyadakı bütün şeytanlar bir araya gəlsək yenə məğlub edəməzdik səni. Lakin indi Allah rizası üçün deyil də, sənə qızılı vermədiyim üçün qızdığında gedirsən, elə ona görə mənə məğlub oldun və sənə indi ağacı kəsməyinə icazə verməyəcəyəm.
(səs: 5)
Şərhlər: 1
Baxılıb: 4 145
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri