Dini Və İbrətlik Hekayə.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 46 810
Səs ver:
(səs: 10)
İsrail övladından bir kor, bir cüzamlı, bir də keçəl adam olur.
Allah onları imtahan etmək istəyir və onlara mələk göndərir. 
Mələk cüzamlıdan soruşur:
— Sən ən çox nə arzu edərdin?
Cüzamlı:
— Yaxşı dəri rəngim olsun, çünki insanlar məndən iyrənir — deyir.
Mələk ona toxunur və o sağalır, sağlam və yaxşı rəngli dəriyə malik olur. Mələk yenə soruşur:
— Hansı əmlakının olmasını istərdin?
Cüzamlı:
— Dəvəm olmasını istərdim — deyir. 
Ona boylu dəvə verilir və mələk deyir:
— Allah bununla sənə öz lütfünü göstərdi.
Mələk keçəlin yanına gəlir və soruşur: 
— Sən ən çox nə arzu edərdin?
Keçəl:
— Yaxşı saçım olsun. Mən bu xəstəlikdən qurtulmaq istəyirəm, çünki insanlar məni çirkin hesab edir.
Mələk ona toxunur və ona gözəl saç verilir. Sonra mələk yenə soruşur:
— Hansı əmlakı isərdin?
O, inəklərinin olmasını söyləyir. Beləliklə, ona çox süd verən inək verilir və mələk ona deyir:
— Allah bununla sənə lütfünü göstərir.
Sonra mələk kor adamın yanına gəlir və eyni sualı ona verir. O deyir:
— Arzu edərdim ki, Allah mənə görmə qabiliyyətimi qaytarsın ki, mən insanları görüm.
Mələk onun gözlərinə toxunur və o, görməyə başlayır. Mələk ondan soruşur:
— Hansı əmlakı istərdin?
O deyir:
— Qoyun.
Beləliklə ona boylu qoyun verilir. Mələk ona deyir:
— Allah sənə bununla rəhm etsin.
Müəyyən vaxt keçir və bütün heyvanlar bala verir. 
Onlar o qədər çoxalır ki, bütöv vadini örtəcək qədər dəvə, inək və qoyunlara bərabər olur.
Müəyyən müddət sonra cüzamlı cildində mələk əvvəl cüzam xəstəsi olan kişinin yanına gedir və deyir:
 — Mən kasıb bir adamam, səfərdə bütün yaşayış vasitələrini itirmişəm.Mənim ehtiyacımı Allah və sonra səndən başqa heç kim qarşılaya bilməz.Sənə gözəl və yaxşı dəri və bu qədər var-dövlət vermiş Allahın
rizası üçün mənə gedəcəyim yerə çatmaq üçün bir dəvə ver.
Kişi cavab verir:
— Mənim çox işlərim var, ona görə sənə heç nə verə bilmərəm.
Mələk deyir:
— Sənin deyəsən yadından çıxıb ki, bir vaxt cüzam xəstəsi idin və
insanlar səndən qaçırdı. Sən kasıb bir insan idin və bunları sənə Allah verdi.
O isə cavabında dedi:
— Bunlar mənə ailəmdən miras qalıb.
Belə olanda mələk ona dedi:
— Yalan deyirsənsə, Allah səni əvvəlki halına salsın.
Sonra mələk keçəl adamın yanına getdi və eyni hadisə orda baş verdi. Mələk ona da eyni sözləri dedi:
— Əgər yalan danışırsansa, Allah səni əvvəlki halına salsın.
Sonra mələk kor qismində əvvəl kor olmuş adamın yanına gəlir və deyir:
— Mən kasıb bir adamam və səfərdəyəm. Səfərdə olduğum müddətdə bütün
varımı itirmişəm. Allahdan, sonra da səndən başqa mənə kömək edən kimsə
yoxdur. Sənin gözünə işıq verən Allahın rizasına mənə səfərimi sona çatdlrmaq üçün bir qoyun ver.
Kişi dedi:
— Mən kor idim və Allah mənə gözümü qaytardı. Mən kasıb idim və Allah
mənə var-dövlət verdi. Allah rizasına bu var-dövlətin hamısını götürsən də, heç nə deməyəcəyəm.
Mələk dedi:
 — Var-dövlətin özünə qalsın. Allah siz 3 nəfəri imtahan edirdi. O, səndən razı qaldı, digərlərinə isə qəzəbləndi... 
(səs: 10)
Şərhlər: 3
Baxılıb: 46 810
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri