Dualarımız niyə qəbul olunmur?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 049
Səs ver:
(səs: 0)
Bir zamanlar Basra vilayətinin xalqı İbrahim Edhem həzrətlərinə müraciət edərək dualarını qəbul olmadığından şikayət etmişlər.
Halbuki Cənabı Haqq duaların qəbul olunacağına dair vədi vardır, deyincə Ibrahim Edhem həzrətləri cavab olaraq buyurmuşdur:
-Sizin on şeydən ətrafı ürəkləriniz ölmüşdür. Təbiətiylə dualarınız qəbul olunmaz.
Birincisi: Siz Allahı bilirik deyirsiniz də onun haqqlarını heç əda etmirsiniz.
İkincisi: Sizlər Quran oxuyursunuz və lakin Quran ilə əməl etmirsiniz.
Üçüncüsü: Sizlər, biz Rəsulullahı sevirik, deyərsiniz də sünnəs(n)i rəsulullah ilə heç əməl etməzsiniz.
Dördüncüsü: şeytan düşmənimizdir. Bunu bildiyiniz halda ona uyğun gəlməkdən imtina etmirsiniz.
Beşincisi: Cənnəti sevirik deyərsiniz də, cənnətə girməyə layiq olmağa işləməyirsiniz.
Altıncısı: Siz cəhənnəmdən qoruyuruq deyirsiniz, lakin onun atəşindən heç də qaçtığınız yoxdur.
Yeddincisi: Hamınız Ölüm haqqdır deyib də ölüm üçün heç bir hazırlıq etməmisiniz.
Səkkizincisi: İnsanın eyibləriylə məşğul olursunuz da, öz eyiblərinizi tərk edib onları aradan qaldırmağa çalışmazsınız.
Doqquzuncu: Allahın nemətlərini yeyərsiniz, lakin o nemətlərə qarşılıq Allaha şükür etməzsiniz.
Onuncusu: Ölülərinizi dəfn edirsiniz də, heç ibrət götürmürsünüz.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 049
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri