İmam Sadiq (ə):«Tamah
saldığı şeyə görə, yaxud nədənsə qorxduğu üçün, nəyəsə meyil saldığına
görə, yeyib-içməyə görə səni istəyən kəslə qardaşlıq etmə. Təmiz nəfsli,
saf niyyətli insanla qardaşlıq etməyə çalış. Hətta əgər onları axtarmaq
üçün yerin dərinliklərinə daxil olmalı və ömrünü bu yolda sərf etməli
olsan belə!».İmam Rza (ə):«Uşağa
göstəriş verin ki, sədəqəni, hətta bir tikə çörək və ya bir ovuj şey
olsa belə, öz əli ilə versin. Çünki Allah yolunda verilmiş şey, əgər
təmiz niyyətlə yerinə yetirilmiş olsa, hətta az olsa belə, çox-çoxdur».Məhəmməd Peyğəmbər (s.ə.s):«Sevimli Peyğəmbərimiz kürəkəni olan İmam Əliyə
bu məsləhətini vermişdir: «Dünyaya oğlun və ya qızın gələn zaman onun
sağ qulağına azan, sol qulağına iqamə oxu. Belə olan halda şeytan heç
vaxt balana zərər-ziyan vura bilməz».Bir gün sevimli Peyğəmbərimizin
yanına çoxlu günah işlətmiş bir kişi gəlir. O, ürəyini Həzrət Məhəmməd
Peyğəmbərə açaraq belə deyir: «Elə çirkin işlər yoxdur ki, görməmiş
olum. Mənim tövbə və qayıtmağıma bir yol varmı?». Əziz Peyğəmbərimiz ona
bu javabı verir: «Ata-anandan sağ olanı varmı?». Dedi: «Atam». Buyurdu:
«Get ona yaxşılıq et!». Həmin kişi gedəndən sonra sevimli Peyğəmbərimiz
belə dedi: «Eh, kaş anası sağ olaydı!»… Kim ata-anasına yaxşılıq etsə,
Allah onun ömrünü uzadar. Xoş onun halına!».İmam Kazim (ə):«Həmişə
dua edin. Çünki Allaha dua etmək, qəlbində olanları Allahdan istəmək
insanı gözləyən bəlanı uzaqlaşdırar. Beləliklə, Allaha səmim-qəlbdən dua
olunsa, Rəbbimiz bəlanı birdəfəlik geri qaytarar».İmam Əli (ə):«Dünyada
xoşunuza gələn vəzifə, mal-dövlət, qadın, zinət, alijənablıq və bu kimi
şeylərin çoxluğu sizi aldatmasın. Çünki dünyada əliniz çatan şeylərdən
sizin nəsibiniz (Qiyamət günündə onun hesabının əzabı və çətinliyi ilə
müqayisədə çox) azdır».Məhəmməd Peyğəmbər (s.ə.s).«Allah-Təala Musa ibn İmrana belə buyurmuşdur: Paxıl olan insan, əslində, Allahın nemətlərindən
narahatdır. Yəni o, Allahın verdiklərinə naşükürlük edir. Paxıl insan
həm də Allahın bəndələri üçün böldüyü qismətə etiraz edir»