Imam Əli (ə) hədis.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 361
Səs ver:
(səs: 7)

Bir günCabir ibn Abdullah İmam Əlinin(ə) yanında narahat bir halda"ah” çəkdi. İmam(ə) ona buyurdu:-"Ey Cabir! Nəyə görə ah çəkirsən? Dünyaya görəmi?”

Cabir cavab verdi:-"Bəli”

Bu zaman Həzrət (ə) ona ərz etdi:-"ey Cabir! Dünyanın ləzzətləri yeddi şeydir:

Birinci: Yeməli şeylər.

İkinci: İçməli şeylər.

Üçüncü: Geyməli şeylər.

Dördüncü: Evlənməli şeylər.

Beşinci: Minməli şeylər.

Altıncı: İyləməli şeylər.

Yeddinci: Eşidilməli şeylər.

( Sonra İmam (ə) başlayır bu ləzzətli dunya nemetlərinin həqiqətini bəyan etməyə. )

Ən şirin yeməli şey bal hesab edilir. Ancaq bu şirin hesab edilen dadlı yeməyin həqiqətinə baxan zaman görürük ki,bir həşəratın tüpürcəyindən əmələ gəlir.

Dünyanın içməli en şirin və dəyərli şeyi sudur. Lakin onunda azad hər tərəfə axması  və həmçinin rəvan olması onun etibarsız olması üçün kifayətdir.

Ən bahalı və dəyərli  geyim  ipəkdən hazırlanmış paltarlar hesab olunur. Lakin baxıb görürük ki, barama qurdunun ağız suyundan yaranır.

Ən üstün evlənməli şey qadındır. Qadınla olan bu evlənmə də sidik yerinin sidik yerinə, oxşar şeyin oxşar şeyə daxil edilməsindən ibarətdir. Qadının ən çox cəzb edən gözəl yeri ən çirkin yeridir.

Ən üstün minilməli şey atlardır. Onlar da həqiqətdə qatildirlər.

Ən gözəl iyli şey müşkdür. O da heyvanın göbəyinin qanından düzəlir.

Ən gözəl  eşidilən, qulağa xoş gələn şey ğina və musiqidir. O da ki,haramdır.

Dünya belə sifətlərə malik olduğu halda ağıllı insan onun üçün ah çəkməz.

Cabir ibn Abdullah deyir:”Allaha and olsun ki, bundan sonra dünya qəlbimə girmədi.”

(səs: 7)
Şərhlər: 4
Baxılıb: 3 361
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri