Hikmətli kəlamlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 7 219
Səs ver:
(səs: 8)
6-cı xütbə
(Təlhə və Zübeyr bey’ətlərini pozaraq, qaçdıqları zaman) Təlhə və Zübeyri təqib etməmək, onlara qarşı müharibəyə hazırlıq görülməməsi barədə İmam Əlidən rica edildiyi (İmam Həsən əleyhis-salam xahiş etmişdi) vaxt Həzrətin (əleyhis-salam)buyurduğu kəlamlardandır:
And olsun Allaha, mən yatmış kaftar kimi deyiləm ki, ovçu bir müddət pusquda duraraq aldatmaq üçün əli və ya çubuğu onu tutana qədər (yuxudan sıçrayıb qalxaraq, heç kəsi görmədən səsin dalınca yuvasından çıxması üçün) yavaş-yavaş yerə vursun. (Qoymayacağam ki, düşmənlər müsəlmanları aldadıb, fitnə və qarışıqlıq salsınlar. Belə isə) nə qədər ki, sağam haqqa üz tutan, itaətkar və məni eşidənlərlə birgə qılınc çalacam, haqqdan üz döndərən, ona şək-şübhə ilə yanaşan günahkarla müharibə edəcəyəm. Allaha and olsun, Həzrət Peyğəmbər vəfat edəndən bu gunə qədər məni həmişə öz haqqımdan məhrum edib qadağa qoymuşlar və işimdə tənha qalmışam.

 

(səs: 8)
Şərhlər: 2
Baxılıb: 7 219
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri