+++++++++Bağışla məni.ata!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 047
Səs ver:
(səs: 1)
Bağışla məni, ata! 
Evləndiyi gündən atası onun yanında qaldığı üçün həyat yoldaşı ilə tez-tez mübahisə edirdi. Təbii ki, həyat yoldaşı qocanın onlarla bir yerdə qalmasını istəmir, onun bu evdə artıq olduğunu düşünürdü. Bu mübahisələr bəzən xoşagəlməz həddə də çatırdı. 
Yenə növbəti mübahisələrdən biri idi. Uzun çək-çevirdən sonra həyat yoldaşı: "Ya mən evdən gedəcəyəm, ya da atan bu evdə qalmayacaq”, -dedi. 
O, ailəsini belə asanlıqla itirmək istəmirdi. Çünki atası ilə bağlı baş verən bu mübahisələri nəzərə almasaq, ailəsindən çox razı idi. Həyat yoldaşı ilə evlənmək də ona asan başa gəlməmişdi. Ata-anasını razı salmaq üçün az qala dəridən-qabıqdan çıxmışdı. Üstəlik, onu dəlicəsinə sevirdi... 
Çarəsizlik içərisində nə edəcəyini düşündü və "çıxış yolunu” tapdı. Dağların qoynunda illər əvvəl ova gedərkən daldalanmaq üçün tikdiyi balaca bir daxma var idi. Atasını bu daxmaya aparacaqdı. Həftədə bir dəfə yanına gedəcək, beləcə, ailəsini dağılmaqdan xilas edəcəkdi. Atası üçün lazım olan bütün əşyaları hazırladıqdan sonra yataq xəstəsi olan atasını qucağına götürüb maşına apardı. Balaca oğlu: "Ata mən də səninlə getmək istəyirəm”, -deyəndə çarəsiz qalıb onu da maşına mindirdi. Bir yerdə yola düzəldilər. 
Qışın lap ortası idi. Dəhşətli soyuq var idi. Qar və çovğundan yolu seçmək çox çətin idi. Balaca oğlu tez-tez atasından "Ata, biz hara gedirik?” deyə soruşsa da, hec cür cavab ala bilmirdi. Artıq oğlunun onu hara apardığını anlayan yaşlı ata isə gizli-gizli göz yaşı tökür, ancaq bunu bildirməməyə çalışırdı. 
Uzun və çətin yoldan sonra dağ evinə çatdılar. O, nə vaxt idi ki, burada olmamışdı. Balaca daxma artıq çürüməyə başlamışdı. Üstəlik, tavandan da su axırdı. 
Daxmanın bir küncünü təmizlədi. Sonra atası üçün gətirdiyi yorğan-döşəyi sərdi. Gətirdiyi əşyaları yerbəyer etdikdən sonra, nəhayət, növbə atasına çatdı. Atasını qucağına götürüb yatağa uzatdı. Külək elə bil daxmanın içində əsirdi. Sanki çovğun bayırda yox, daxmada qopmuşdu. Çarəsizlik içərisində atasına baxdı. Atası elə indidən üşüyürdü. Ürəyində: "Bir-iki yorğan-döşək götürüb sabah yenə gələrəm”, -dedi. 
Öz-özünə təskinlik verməyə çalışsa da, bir xeyri olmurdu. Atasının ürəyinə isə sanki xəncər saplanmışdı. O, oğlunu böyüdüb boya-başa çatdırmaq üçün necə əziyyətlərə qatlaşmışdı. Indi isə oğlu onu daxmanın bir küncündə qoyub getmək istəyirdi. Ürəyi ağrısa da, büruzə vermək istəmirdi. Balaca nəvəsi isə nə baş verdiyini heç cürə başa düşə bilmirdi. Əlbəttə ki, babasından ayrılmaq onun üçün asan deyildi. Ancaq əlindən bir şey də gəlmirdi. 
Artıq getmək vaxtı çatmışdı. Atasının yatağına əyilib onun yanaqlarından öpdü. Sanki gözləri ilə "ata, məni bağışla” deyirdi. Bir də atasını bağrına basdı. Artıq ikisi də hönkür-hönkür ağlayırdı. O, balaca oğlunun əlindən tutub sürətlə daxmadan çıxdı. Maşına mindilər. Təzəcə yola çıxmışdılar ki: "Ata, babamı niyə o soyuq daxmada qoyub gəldin”, -deyə ağlamağa başladı. Ürəyindən qara qanlar axsa da, cavab verməyə söz tapa bilmirdi. 
Birdən oğlu gözlənilmədən: "Ata sən qocalanda mən də səni gətirib bu daxmaya qoyacağam”, -dedi. Sanki onu ildırım vurdu. Söz oğlunun ağzından qurtarmamış sükanı sürətlə çevirdi. Daxmaya çatar-çatmaz özünü atasının qoynuna atdı. "Ata, məni bağışla”, -deyib, uşaq kimi hıçqıra-hıçqıra ağlamağa başladı. Atası da ondan geri qalmırdı. Ata-oğul xeyli belə bir-birilərinə sarılı vəziyyətdə qaldılar. Nəhayət, atası dilləndi (bu cavab çoxlarına dərs ola bilər): "Oğlum, qayıdacağını bilirdim. Çünki mən atamı dağ başında atıb getməmişdim ki, sən də məni burada atıb gedəsən”...
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 047
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri