++++++++Ruzini Allah verir

Müəllif: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 1189
Paylaş:
Səs ver:
(səs: 1)

 

 

Ruzini Allah verir
Bir ölkənin bir padşahı olur. O,çox rəhimli insan idi. Bir dəfə padşah qərara alır ki, öz məmləkətində yaşayan insanların həyat tərzini öyrənsin. O, öz libasın dəyişib adi insanlar kimi geyinir və öz məmləkətinin ərazisində gəzintiyə başlayır. Bazar, dükanlarda satılan malların ucuz və ya baha olmasını öyrənir, gəzə-gəzə gəlib bir bazarın qarşısında dilənçilərin diləndiyini görür. 2dilənçi onun marağını cəlb edir. O.dilənçilərə yaxınlaşarkən, dilənçilərin birinin Allahdan ruzi istəməsini, digərinin isə padşahdan ruzi istəməsini eşidir. Padşah maraq içində padşahdan ruzu istəyən dilənçiyə yanaşır və soruşur:
-«Siz niyə ruzini Allahdan deyil, padşahdan istəyirsiniz?»
Dilənçi cavab verir:
-«Allah uzaqdadır, dövlətli padşahsa yaxındadır. Allahın ruzusu gec gələr, padşahın göndərdiyi isə tez çatar, çünki,o, yaxındadır»deyib, padşahı tərifləyir.
Padşah özünü biləməzliyə qoyub, ikinci dilənçiyə yaxınlaşıb, soruşur:
-«Siz niyə yaxınlıqda padşahı qoyub, uzaqda olan gözə görünməz Allahdan istəyirsən?»
Dilənçi cavab verdi:
-«Elə padşahın da ruzusun Allah verir»
Padşah geri qayıdır, vəzir,vəkillərini çağırıb, padşahı tərifləyən dilənçiyə pay aparmağı tapşırır. O,əmr edir ki, bir qazan aş bişirib, yanına gətirsinlər.
Padşah gizlində aşın altına qızıl pullar düzür və onu tərifləyən dilənçiyə göndərir. Nökər aşı aparıb, padşahı tərifləyən dilənçinin qarşısına qoyub,deyir:
-«Bu, padşahdan sizə hədiyyədir.»
Nökər gedən kimi dilənçi qazanın qapağın açır və orda isti aşın buğlandığını görür. Qaşqabağını töküb: "Əh,bunu hər gün yeyirəm də «deyib,qazanı Allaha yalvaran dilənçinin qarşısına qoyur. O biri dilənçi: »Allah payı halaldır" deyib, qazanı götürüb, evinə aparır.
Evdə aşı qaba çəkərkən, aşın altından çıxan qızıl pulları görürlər.
Ruzini Allah verir
Bu hekayə ruzinin yalnız Allah tərəfindən göndərildiyini göstərir.

 

 

 



loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1189
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv