++++++++++Günün Duası: "Şəfa Duası"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 81 500
Səs ver:
(səs: 8)
Əbu Sa'idi'l-Hudri radıyallahu ənh izah edir: "Cəbrayıl əleyhissalam Rəsulullah əleyhissalatu vəssalamın yanına gəldi və dedi: Ey MƏHƏMMƏD, xəstəsənmi? deyə soruşdu: "Bəli!" cavabını aldıqda Cəbrayıl əleyhissalam bu duanı oxudu: 

"Bismilləhi erkike, min küllü dain yü'zike və min şəri küllü nəfsin ev eynin hədisin ALLAHU yeşfike, bismilləhi erkike."

Mənası: (Səni ALLAHİN adıyla, sənə əza verən bütün xəstəliklərə qarşı, bütün pis nəfs və pis gözlərə qarşı sənə oxuyuram. ALLAH sənə şəfa versin, mən ALLAHİN adıyla sənə dua edirəm. Mən Rəsulullah əleyhissalatu vəssalamdan belə söylədiyini eşitdim" dedi: "Sizdən kim xəstələnsə bu duanı oxusun: 

"Rabbuna'llahu'llezi fi's-semai tekaddese ismüke, emrüke fi's-semai vəl-ardı kema rahmetike fi's-semai fec'al rahmeteke fil-ardı. Vegfir lena hubena və hatayana. Endə Rabbu't-tayyıbin. Enzil rahmeten min rahmetike və şifaen min şifaike ala haza'l veci fe yebreu."

Mənası: Ey hüzurlu səmavatı dolduran Rəbbim! Sənin adın müqəddəsdir. Sənin əmrin ərz və səmadadır, eynilə Rəhmətin səmada olduğu kimi. Ərzə də rəhmətindən göndər və bizim günahlarımızı və səhvlərimizi bağışla. Sən (pis söz və hərəkətlərdən qaçan) bütün yaxşı kəslərin Rəbbisən. Bu ağrıya, Rəhmətindən bir rəhmət, şəfandan bir şəfa endir, düzəlsin." (Ebu'd-Derda radıyallahu ənh, adama) bu duanı oxumasını əmr etdi. O da oxudu və düzəldi." 

Osman İbnu Ebi'l-As radıyallahu ənh izah edir: "Rəsulullah əleyhissalatu vəssalama müsəlman olduğum gündən bəri bədənimdə çəkməkdə olduğum bir ağrımı söylədim. Mənə: "Əlini, bədənində ağrıyan yerin üzərinə qoy və bu duanı oxu!" buyurdu. Dua bu idi: 
Üç dəfə: "Bismilləh" dan sonra yeddi dəfə, "Euzü bi-izzetillahi və kudretihi min şəri ma ecidu və uhaziru." "Bədənimdə çəkməkdə olduğum bu xəstəliyin şərindən ALLAHIN izzət və qüdrətinə sığınıram" deyəcəkdim. Bunu bir çox dəfə etdim. ALLAH TƏALA həzrətləri məndən xəstəliyi xaric etdi. 
Bunu əhlimə və başqalarına söyləməkdən heç geri qalmadım."
AMİN!

(səs: 8)
Şərhlər: 1
Baxılıb: 81 500
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri