++++++++++Ümid köynəyi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 160
Səs ver:
(səs: 1)
Qədim zamanlarda varlı bir tacir göz xəstəliyinə tutulur. Tanınmış həkimlər nə qədər çalışsalar da, xəstəliyin çarəsini tapan olmur.

ÇARƏ TAPILIR
Bir gün axır ki, xəstənin dərdinə dərman tapılır. Müdrik bir şəxs onun görüşünə gələrək deyir:
- Sənin dərdinin dərmanı yalnız heç bir dərdi olmayan bir şəxsin köynəyidir. Əgər belə bir şəxsi tapsan, onun köynəyi gözlərinə şəfa verər.
Kimi tapırlarsa, hərənin bir dərdi olur. Var-dövləti olanın övlad həsrəti çəkdiyi, övladı olanın yoxsulluq dərdi olduğu məlum olur. Aylar, illər ötür, tacirin dərdinə dərman tapan olmur. Günlərin iri tacir çöldə dolaşırmış. Bir çobanın komasının yanından keçəndə səs eşidir: " İlahi! Sən Kərəm sahibisən, dilədiyim, diləmədiyim bütün nemətləri mənə bəxş etmisən. Nə dərdim var, nə də sıxıntım. Şükürlər olsun Sənin böyüklüyünə" Tacir bu sözləri eşitcək komaya daxil olub çobandan soruşur:
- Ey Allah bəndəsi, sənin bir dərdin varmı?
Çoban tam arxayınlıqla cavab verir:
- Şükür olsun Allaha. Mənim heç bir dərdim yoxdur.
Tacir sevincək halda deyir:
-Elə isə dərdimin dərmanı səndədir, köynəyi neçəyə desən alaram
Çoban ah çəkib cavab verir:
Çox istərdim sənə kömək edim, amma mən nə edim ki, mənim bundan başqa köynəyim yoxdur.

Sahib olduğumuz nemətlərin dəyərini bilməli, bundan da əsas bu nemətləri bizə bəxş edənin qədrini dərk etmək gərəkdir. İnsan olaraq Onun qarşısında layiqincə bəndəlik etmək lazımdır. Fani dünyanın bütün işləri də beləcə fani və yalançıdır. Bütün bunları dərk etmək üçün kainata Quran gözü ilə baxmalı, onun rəhbər tutmaq lazımdır.

Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər) ("Şura" 36)

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 160
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri