Həccin ədəbindən

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 337
Səs ver:
(səs: 1)
Həcc səfərində olacaq şəxslərin riayət edəcəkləri bir qisim ədəb vardır.
Əsasları bunlardır:
• Tam halal bir mal ilə həcc etməlidir. Çünki halal olmayan bir mal ilə həcc edilməsi haramdır.
• Yola çıxmadan əvvəl qul borcları var isə ödənməlidir.
• Günahlardan tövbə etməli, qəzaya qalmış ibadətlər var isə qəza edilməlidir.
• Riyadan, öyünməkdən , zinət və ehtişamdan çəkinməli təvazökar bir vəziyyət almalıdır.
• Həcc səfəri haqqında münasib şəxslər ilə müşaverədə tapılmalıdır.
• Kimlər ilə dost olacağına, hansı yoldan və ya hansı vasitələr ilə səfər edəcəyinə dair istixarə etməlidir.
• Lazım gələrsə, özünü irşad edəcək, özünə kömək edəcək, səbir və stabillik məsləhətini olacaq saleh bir yoldaş əldə etməlidir.
• Yolda yoldaşları ilə və sair sərnişinlər ilə çəkişməkdən, döyüşməkdən çəkinməlidir.
• Düşmənləri var isə haqqlarında əfv ilə dözüm ilə rəftar etməyə çalışmalıdır.
• Ailə üzvləri ilə dostları ilə vida etaməli onların dualarını diləməli, bunun üçün ziyarətlərinə getməlidir.
Onlar da özünü həccdən gələrkən qarşılamalıdır ki, bu da sünnədir.
• Həccə gedərkən və həccdən dönüb gəlincə evində iki rükət namaz qılıb dua etməlidir.
Hz. Adəm (as) Həvva anamızla evlənmək istədiyi zaman Həvva anamız mehir istədi.
Hz. Adəm; "Ya Rəbbi! (Mehir olaraq) nə verəcəyəm?" deyə ilticada tapıldı.
Allahu Təala: "(Mehir olaraq) Mənim Həbibim Məhəmməd Mustafaya iyirmi dəfə salavat oxu!" buyurdu.
Hz. Adəm də Peyğəmbər Əfəndimizə (s.ə.v.) iyirmi dəfə salavat oxudu. (Salevâtullâhi əleyhim əcmain.)
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 337
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri