Toy gününün səhəri nə edilir?

Müəllif: C_E
Şərhlər: 1
Baxılıb: 6 624
Səs ver:
(səs: 6)
Yaxşı olar ki, evlənən kimsə toyun səhəri ailə üzvlərinin arasına çıxıb onları və onun evinə gəlmiş qohumları salamlasın, onlara dua etsin, onlar da onun üçün dua etsinlər və onu salamlasınlar.
Ənəsin (r.a) hədisində deyilir:
«Peyğəmbər (s.a.s) Zeynəblə evlənən günün səhəri ziyafət düzəltdi. Müsəlmanlara çörək və ət yedizdirdi. Sonra möminə xanımların yanına gedib onları salamladı, dua etdi. Onlar da onu salamladılar, dua etdilər. Evləndiyi günün səhəri Peyğəmbər (s.a.s) bu işi görərdi».

Hamamda çimməyin vacibliyi.
Ərlə arvad evdə hamamda çimməlidirlər. Qadınla ümumi hamama getmək olmaz, bu haramdır. Bu mövzuda olan hədislər:
Birinci: Cabirin (r.a) rəvayəti: Allah peyğəmbəri (s.a.s) buyurmuşdur:
«Allaha və Axirət gününə inanan adam öz halalını (arvadını-tərc.) ümumi hamama göndərməz. Allaha və Axirət gününə inanan adam (ümumi-tərc.) hamama yalnız fitədə (örtukdə) girər. Allaha və Axirət gününə inanan adam üzərində şərab olan süfrə kənarına oturmaz».

İkinci: Ümmu Dərda demişdir:
«Hamamdan çıxmışdım. Peyğəmbərə (s.a.s) rast gəldim. Məndən soruşdu:
— Hardan gəlirsən, Ummu Dərda? Hamamdan gəldiyimi deyincə o belə buyurdu:
— Allaha and olsun! Paltarını yad yerdə soyunan adam özü ilə Allahı arasındakı pərdəni yırtmış olur!»
(səs: 6)
Şərhlər: 1
Baxılıb: 6 624
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri