Səni içəri buraxmayan

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 505
Səs ver:
(səs: 5)
Məscid yanından keçərkən azanın oxunduğunu eşidən sürücü, geriyə dönüb müdirindən icazə istəyir:
- Cənab, icazə versəniz azan oxunmuşkən burda namazımı qılsam sonra davam etsək olarmı?
Müdir çox da məmnun olmasa da icazə verir.
Sürücü məscidə girir, müdir də avtomobilin içində gözləyər. Ancaq hər kəs namazını qılıb çıxdığı halda sürücü çıxmayınca.........
Canı sıxılan müdir, avtomobildən enib məscidin həyətinə girir, pəncərə şüşəsinə başını söykəyib içəri baxır ki, sürücü əllərini açıb duaya davam edir. Şüşəni tıkkıldadarak səslənir:
Hər kəs çıxdı nə dayanırsan sən də çıx!
(Cavabı ibrətli idi);
Buraxmır!
Kim buraxmır?
Səni içəri buraxmayan!..
Bir düşüncə bürüyər müdiri
"səni içəri buraxmayan!..”
Dərhal orada dəstəmazını alır məscidə girir və yanına gəldiyi sürücüyə səslənir:
"Bax", deyir "məni də buraxdı!" Yaşlı gözlərlə baxan sürücü deyir:
"Əlbəttə buraxar”. Bayaqdan bəri boş boşunamı gözyaşlarıyla dua etdiyimi sanırsan.
Sənin çöldə qalmağına könülüm heç cür razı olmadı. Əllərimi açıb içəri alınmağın üçün dua etdim.
Şükrlər olsun RƏBBİM qəbul etdi duamı da içəri aldı, çöldə buraxmadı...
Şükrlər olsun RƏBBİMizə ki, bizləri də çöldə buraxmamış içəriyə qəbul edilmişik.
Bunun fərqinə varmalı, bu nemətin şükrü əda edilməli, əsla laqeydlik və geriləmə olmamalıdır.

Yoxsa nemət şükr görməzsə geri gedər. Bu dəfə də şükr edənlər alınar içəriyə, etməyənlər qalar çöldə...!
(səs: 5)
Şərhlər: 3
Baxılıb: 2 505
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri