Ramazan ayında qadınlarla bağlı üçüncü məsələ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 9 613
Səs ver:
(səs: 4)
Bu xəbəri yenidən yayımlayırıq ki, xanımlarımız bunları  tam şəkildə öyrənsinlər ki, Ramazan ayında cətinlik çəkməsinlər.

Üçüncü məsələ: Orucun əhkamlarını öyrən.
Müsəlman qadına orucunun düzgün, Allah qatında, qəbul olunması üçün orucun əhkamlarını,fərzlərini, sünnətlərini, ədəblərini öyrənmək vacibdir.
Bu orucun əhkamları haqda qısa bir məqalədir:
1 - Oruc müsəlman olan,həddi buluğa çatmış, ağlı başında olan müqim (səfərdə olmayan ) orucu tutmağa qadir olan (xəstə olmayan ), mane olan şeylərdən: heyz və nifasda salamat olan qadına vacibdir.
2 - Qız (Ramazanda) günorta vaxtı həddi buluğa çatıbsa, günün qalan hissəsini oruc tutmalıdır.Çünki artıq ,o, ona orucu tutmaq vacib olan kimsələrdən olar, bundaq öncə isə ona oruc vacib deyildir, ona görə də tutmadığı günlərin qəzasını tutması lazım deyildir.
3 - Fərz orucunda niyyət etmək şərtdir. Həmçinin bütün vacib qəza, kəffarə oruclarında da niyyət şərtdir.
Hədisdə belə deyillir: " Kim oruca gecədən niyyət etmirsə, onun orucu yoxdur." (Əbu Davud rəvayət etmişdir).
Əgər gecənin hər hansı hissəsində, fəcrdən bir an qabaq olsa belə, niyyət etsən orucun düzgün olar.
4 - Orucu pozan yeddi şeylər bunlardır:
1. Cinsi əlaqədə olma.
2. Öpmə, qucaqlaşma və buna bənzər yollarla məninin (sperma) çıxması.
3. Yemək və içmək.
4. Yemək və içmək mənalı şeylər qüvvətləndirmək üçün vurulan iynələr kimi şeylər.
5. Hicamə və damar kəsməklə qan çıxarmaq.
6. Bilə - bilə qusmaq.
7. Heyz və nifas qanının çıxması.

5 - Heyzli qadın artıq təmizləndiyini bildirən ağ su, yəni heyz qurtaran zaman, ana bətninin (rəhm,uşaqlıq) ifraz etdiyi ağ mayeni görərsə gecədən oruca niyyət edib orucunu tutar. Təmizləndiyinin aydın olmadığı halda ağ pambıq və ya ağ bir şeylə örtünər, pambıq təmiz çıxarsa orucunu tutmalı qan qayıtdıqda isə orucunu pozmalıdır.
6 - Heyzli qadına əfzəldir ki olduğu halda qalsın (yəni oruc tutmasin) Alahın ona yazdığı ilə (qədərlə) razılaşsın, heyzi saxlayan vasitələr axtarmasın. Bu, Allahın adəmin qızlarına yazdığı bir şeydir.
7 - Nifas halında olan qırx gündən tez təmizlənsə orucunu tutar və namaz üçün qüsl alar. Nifas qırx gündən artıq olarsa qüsl alıb oruca niyyət edər. Nifas qırx gündən artıq davam edən günləri istihadə adlanır (adətə xilaf olaraq və ya xəstəliklə bağlı qanın axması) yalnız bu, heyz olan günlərə müvafiq olsa onda bu günlər heyz günləridir.
8 - İstihadə qanı orucu pozmaz.
9 - Hamilə və süd əmizdirən qadını xəstəyə qiyas etmək daha duzgündür. Onlara orucu açmaq caizdir və yalnız orucu açdıqları günün qəzasını tutarlar. Necə ki ,Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: "Allah təala müsafirin üzərindən orucu və namazın yarısını, hamilə və süd əmizdirən qadınların üzərindən orucu qaldırmışdır".(Tirmizi rəvayət etmiş və həsən hədis olduğunu demişdir).
10 - Oruc olan kəsin yeməyin dadına baxmasında bir qəbahət yoxdur, lakin onu udmamalı, tüpürürərək ağzından çıxarmalıdır. Bu onun orucunu pozmaz.
11 - Məğrib namazından qabaq orucu açmağa tələsmək və sühuru gecikdirmək müstəhəbdir.
Peyğəmbərimiz (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) demişdir: " İnsanlar iftarı tezləşdirdikcə xeyr içində olacaqlar." (Buxari və Müslim rəvayət etmişlər).
(səs: 4)
Şərhlər: 1
Baxılıb: 9 613
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri