Sözə baxmayan qadınlarla rəftar tərzi. İslamda evlənmə və ailə hüququ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 654
Səs ver:
(səs: 2)
Bəzi hallarda arvadlar agahlıq olmadığı üçün, yaxud düzgün islami tərbiyənin və ya mədəniyyətin olmaması və sair amillər üzündən ərlərinin sözünə baxmır, onlara əziyyət verir, ailənin səfa-səmimiyyətini cəhənnəmə döndərir. Belə olan hallarda agah ərlər özlərindən kobud və tünd reaksiya göstərməməli, onların amillərini, köklərini araşdırmalıdır. Əgər onun özü şəxsən bu amilləri araşdıra bilməsə, onda dindar və agah şəxslərdən kömək alıb üsyankarlığın, sözə baxmamazlığın köklərini kəsmək üçün bir tədbir görməlidir. Bu halda ailədə baş verən çatışmamazlıqların çoxu aradan qalxacaq. Xüsusilə cavan ər diqqət yetirməlidir ki, heç bir qadın əri üçün, habelə, heç bir ər arvadı üçün ideal tərzdə ola bilməz. Gərək razılaşma, səfa-səmimiyyət və sazişi dava-dalaşdan, təhqir və tənqiddən üstün tutsunlar. Üsyankar və sözəbaxmayan qadınları atifi ləhzələr vaxtı adətən nəsihət yolu ilə, qəzəb və kobudluqdan, habelə, başqalarının gözündən uzaq olmaq şərti ilə sözəbaxan etmək lazımdır. Kişi sözə baxmamağın gətirəcəyi zərərlər, qarşılıqlı anlaşma olmayan vaxtlardakı yaranan müşküllər barəsində onu qane etməli və başa salmalıdır ki, bu işlərin nəticəsi nəhayət onun evinə qayıdacaqdır. Cavan kişilərin həmişə riayət etməli olduqları məsələlərdən biri də həyat yoldaşını təhqir etməkdən uzaq olmaqdır. Həmçinin kişi arvadına və onun ailəsinə ehtiram qoymalı, həyatında, məişətində rifah və firavanlıq yaratmalı, onun cinsi və ruhi ehtiyaclarını təmin edərək hər növ bəhanənin qarşısını almalı, həyat yoldaşını fikri istiqlaliyyətə doğru rəğbətləndirməli, başqalarının dəxalət etməsinin qarşısını almaqla müştərək həyatın şirin gələcəyini onun nəzərində canlandırmalı, həyatın, mənzilin müşküllərini müzakirə edərək onun özündən bu kimi müşküllərin həllində kömək istəməlidir. Bütün bunlar müştərək həyatın davam etdirilməsi üçün ən münasib yollardan biridir. Həyat yoldaşı sözə baxmayan qadınlar olan kişilər mütləq imamların həyatına diqqət yetirib onların bəzi hallarda sözə baxmayan qadınları olduqda onlarla necə davranıb rəftar etmələrini öyrənib ibrət almalıdırlar. O Həzrətlərin(ə) ardıcılları da daha dözümlü olmalıdırlar. İndi isə sizin diqqətinizi bu barədə olan bəzi hədislərə cəlb edirik.

İmam Sadiq (ə) buyurur: "Atamın sözə baxmayan bir arvadı var idi ki, həmişə ona əzab-əziyyət verirdi, amma atam bunun əvəzində onu əfv edirdi. "( "Vəsailüş-şiə", 14-cü cild, səh. 121) İlahi peyğəmbərlərdən biri olan Hud(ə)-ın arvadı ona əziyyət verirdi, üstəlik onun düşmənləri ilə əlbir olurdu. Amma Həzrət Hud(ə) o qadının sağ qalmasını istəyir, buyururdu:"Mömini bir kəs əziyyət etməlidir, yaxşı olar ki, bu əziyyət öz yanında olan qadını tərəfindən olsun. "("Səfinətul-bihar", 1-ci cild, səh. 561) İmam Sadiq(ə) buyurur: "Həzrət İbrahim(ə) özünün sözə baxmayan(üsyankar) əhval-ruhiyyəsi olan Saradan Allaha şikayət etdi. Allah da cavabında buyurdu: "Ey İbrahim, öz arvadınla keçin, çünki (sözə baxmayan, üsyankar) qadın əyri sümük kimidir. Əgər düzəltmək istəsən, onu sındırarsan, əgər öz halına buraxıb dəyməsən, ondan bəhrələnərsən." ("Fürui-kafi", 2-ci cild, səh. 513)Qeyd edək ki, qadınlar çox zərif, incə və atifəli varlıqlar olub ailə daxilində əsaslı rol ifa edirlər, eyni zamanda onların qəlbi çox nazik və həssasdır. Onlara qarşı çox diqqətli və ehtiyatlı olmalı, onlara nəvaziş göstərməli və əvəzində onlardan müsbət istiqamətdə faydalanmalısınız. Əgər kobudluq və bədrəftarlıq etsəniz, bu zərif varlıqlar bir növ "sınacaq" və artıq istifadə üçün yararlı olmayacaqlar. Həzrət Əmirəl-möminin Əli İbni ƏbuTalib(ə) qadınların zəriflikləri barəsində bu həqiqətə işarə edərək oğlu Həsən (ə)-a buyurur: "Qadın zərafətlik və həssas olmaqda reyhan gülü kimidir. Gözəl və ətirli olmaqla yanaşı, çox həssasdır. O, qəhrəman deyildir ki, ailənin və ictimaiyyətin ağır məsuliyyətli işlərini görsün. "("Nəhcül-bəlağə", 31-ci məktub) Bu hədislər göstərir ki, İlahi övliyaların, Məsum İmamların(ə) bəzilərinin sözə baxmayan, üsyankar arvadları olmuş, amma o Həzrətlər onların xətalarını görməməzliyə vuraraq öz həyatlarını davam etdirmişlər;həyat yoldaşlarının onlara qarşı rəva gördükləri zülm və sitəmi qəbul etmiş, ancaq özləri heç vaxt onlara zülm etməmişlər.

Rəsuli-Əkrəm (s) bu həqiqətə işarə edərək buyurur:"Üç dəstə adam var ki, əgər qorxuları olmasa, zülm edərlər: 1-alçaq fitrətli insanlar, 2-sözə baxmayan qadınlar, 3-xidmətçilər. "("Biharul-ənvar", 75-ci cild, səh. 309)

Diqqət yetirilməlidir ki, qadının etdiyi zülmlərin qarşısını almaq üçün ona əzab-əziyyət vermək olmaz, əksinə, ağlasığan yolla, məhəbbət dolu baxışlarla, gözəl rəftarlarla onlara xətalarını anlatmaq lazımdır.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 5 654
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri