Həddindən artıq zarafat insanın abrını azaldır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 11 212
Səs ver:
(səs: 4)
Zarafat insanın şəxsiyyətini hörmətdən salır...
Peyğəmbər (s.a.a.) Əmirəl-möminin (ə)-a buyurdu:
"Ya Əli! Zarafatdan çəkin, çünki zarafat insanın şəxsiyyətini hörmətdən salır." ("Biharül-ənvar" Beyrut nəşri: c. 74, s. 48)

Həmran ibn Əyən deyir:
İmam Sadiq (ə)-ın hüzurunda idim. O Həzrətdən xahiş etdim ki, mənə tövsiyə etsin. İmam Sadiq (ə) mənə təqvalı olmağı tövsiyə edəndən sonra buyurdu:
"....Zarafat etməkdən çəkin, çünki zarafat insanın şəxsiyyətini hörmətdən salır, abrını aparır." ("Vəsailüş-şiə" c. 8, s. 478)

Başqa bir hədisdə o Həzrət (ə) birisinə buyurur:
"Sənə təqvalı olmağı tövsiyə edirəm. Məsləhət görürəm ki, zarafat etməyəsən, çünki zarafat sənin əzəmətini aradan aparır." ("Müstədrəkül-vəsail", c. 2, s. 77)

Peyğəmbər (s.a.a.) buyurur:
"Həddindən artıq zarafat insanın abrını azaldır." ("Əl-əmali" (Şeyx Səduq) səh. 223, hədis 4)

İmam Sadiq (ə) buyurur:
"Zarafat etməyin, çünki zarafat insanın şəxsiyyətini alçaldır." ("Vəsailüş-şiə" c. 8, s. 480, 482, hədis 1, 7, 10,12)

Zarafatın pis nəticələrindən biri də budur ki, başqaları zarafat edən şəxsə qarşı cürətlənib ona hörmət qoymur...
İmam Sadiq (ə) buyurur:
"İnsanların sənə qarşı cürətli olmamasını istəyirsənsə, zarafat etmə." ("Vəsailüş-şiə" c. 8, s. 481, hədis 6, 11; "Üsul Kafi" c. 2, s. 665)

Zarafat dava-dalaşa, ədavətə səbəb olur...

Əmirəl-möminin (ə) buyurur:
"Zarafat etməyin, çünki zarafat dava-dalaşa, ədavətə səbəb olur. Zarafat kiçik söyüşdür." ("Üsul Kafi" c. 2, s. 664, hədis 12; "Vəsailüş-işə" c. 8. s. 482; "Tühəfül-üqul" s. 283)

Zarafat iman nurunu insanın sifətindən aparır...

Əmirəl-möminin (ə) buyurur:
"Zarafat etməkdən çəkin, çünki zarafat iman nurunu aradan aparıb insanın mürvətini azaldır." ("Üsul Kafi" c. 2, s. 665, hədis 19)

Zarafat və ağılsızlıq...
Başqa bir rəvayətdə Əmirəl-möminin (ə) zarafatı ağlın azalmasına səbəb bilir və belə ərz edir:
"İnsan zarafat etdikcə ağlını itirir." ("Nəhcül-bəlağə" (Sübhi Salehi) Hikmət 450)

İmam Hadi (ə) buyurur:
"Boşboğazlıq, zarafat ağılsız və axmaq insanların işidir." ("Biharül-ənvar" Beyrut nəşri: c. 35, s. 369)

Nəticə...
Bütün bu hədisləri nəzərdən keçirməklə belə qənaətə gəlmək olar ki, zarafatın pis və ya yaxşı olması nisbi məfhumdur. Bu barədə tam şəkildə hökm vermək olmaz. Bir tərəfdən müsəlmanlar davranışda bir-birinə qarşı gülərüz, digər tərəfdən də ədəbli və ciddi olmalıdırlar. Bu iki qaydaya riayət etmək həm asan, həm də çətindir. Əgər biri dini əxlaqa malik olub sözünün həddini bilərsə, şübhəsiz, ictimai və ailə münasibətlərində nə insanların narahatlığına səbəb olacaq dərəcədə quru və donuq olar, nə də xoşagəlməz zarafatlar və nalayiq sözlərlə öz şəxsiyyətini alçaldıb, başqalarına qarşı da əziyyət verəcək dərəcədə yüngül olmaz. Mömin gülərüz olub, eyni zamanda da ədəb həddini aşmayaraq öz əzəmət və vüqarını saxlamalıdır. Bunlara riayət etmək çox çətindir, lakin özlərinə qarşı həmişə diqqət yetirən şəxslər üçün bu asan və maraqlı bir işdir. Özünənəzarəti itirənlər isə bu zaman ya ifrata, ya da təfritə yol verirlər, yəni bəziləri o qədər tutqun və qaşqabaqlıdırlar ki, onlarla heç kəlmə kəsmək olmur, bəzi adamlar da o qədər sərbəst davranıb zarafat və boşboğazlıq edirlər ki, başqalarına əziyyət verib, günaha batırlar.

Əziz Peyğəmbərimizin (s.a.a.) bu kəlamını unutmayaq:
"Mən zarafat edirəm, amma həqiqətdən başqa bir söz söyləmirəm."
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 11 212
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri