Quranın yaxşılıq və fədakarlığa dəvəti

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 098
Səs ver:
(səs: 1)

Biz bu məktəbin nəzəriyyələrini də islami meyarlarla ölçməliyik. Xalqa xidmət və yaxşılığın islam baxımından insani və ilahi dəyərlərdən olmasında heç bir şübhə yoxdur. İslam baxımından xalqa xidmət etmək, məhəbbət göstərmək və onun dərdini çəkərək qayğısına qalmağın özü kamillik, dəyər, məqam və dərəcəyə malikdir. Amma islam, bu dəyərin də yeganə dəyər kimi qələmə verilməsi ilə müxalifdir.

Allah-təala, söhbətimin əvvəlində oxuduğum ayədə biz müsəlmanlara bir ədalətli olmağı, bir də yaxşılıq etməyi əmr edib. Ədalətdən məqsəd xalqın hüquqlarına riayət edərək onları pozmamaqdır. Yaxşılıq etmək ictimai baxımdan deyil, əxlaqi cəhətdən ədalətdən də üstündür. Allah-taala nəinki insanların hüquqlarını pozaraq onları tapdalamamağı, hətta öz qanuni haqlarımızı onlara bağışlamağı əmr edib.

Fədakarlıq və başqalarını özündən üstün tutmaq Quranın bəyan etdiyi mühüm məsələlərdəndir. Fədakarlıqdan məqsəd, insanın özündən keçərək, başqasını özündən üstün tutmasıdır, yəni insan öz malını tam ehtiyacı olan halda başqasına verərək onu özündən üstün tutmalıdır. Fədakarlıq insanlığın ən böyük təzahürlərindəndir və Quran bu işi çox maraqlı ifadələrlə sitayiş edib. Allah-taala, Peyğəmbərin (s) mühacirləri özlərindən üstün tutmuş səhabələrini, yəni «Ənsar» barəsində belə buyurub: «...özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar...» ("Həşr”,9). Yaxud Əli (ə), Fatimeyi-zəhra (s), imam Həsən və Hüseyn (ə) və Əhli-beytin (ə) şəninə nazil etdiyi «İnsan» surəsinin 8-9-cu ayələrində belə buyurub: «Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri halda [və ya Allah rizasını qazanmaq uğrunda] yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.

Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən [bu ehsan müqabilində] nə bir mükafat, nə də bir təşəkkür istəyirik.» Yəqin ki, bu ayənin nazil olma səbəbini hamınız eşitmisiniz. Bir dəfə imam Həsən və Hüseyn (ə) xəstələnirlər və Əli (ə) ilə həzrət Zəhra (s) onların sağalmaları üçün oruc nəzr edirlər. Onlar sağaldıqdan sonra Əli (ə) və Fatimeyi-zəhra (s) oruc tutur. Əli (ə) oruc tutduğu halda işləyərək arpa alıb gətirir və Fatimeyi-zəhra (s) ondan çörək bişirir. İftar vaxtı bir yoxsul gəlir və onlar əllərində olan yeməyi ona verirlər. Sonrakı iki gecədə də iftar üçün hazırladıqları yeməyi yetim və əsirə verməli olurlar. Bu hadisədən sonra həmin ayə nazil olur.

Bəli, söhbət fədakarlıqdan gedir və bu iş yüksək və ali insani məqam və dərəcələrdəndir ki, Quran onu sitayiş edib. İslam tarixində də bu barədə çoxlu hekayətlər nəql edilib.

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 098
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri