İslamda toy gecəsinin əməlləri və namazı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 48 507
Səs ver:
(səs: 5)
Hər şeydən əvvəl, zifaf zamanı (toy gecəsində) tərəflərin sakit, aram və səmimi əhval-ruhiyyəni təmin etmələri çox vacib şərtdir. Bəylə gəlinin bir-birinin xoşuna gələcək tərzdə geyinmələri, şəxsi gigiyena qaydalarına riayət etmələri də mühümdür. Həmin gün yarana biləcək psixoloji narahatlıqları Allaha daha çox dua etməklə, Allahın gözəl adlarını zikr etmək və Ona təvəkkül etməklə çözmək mümkündür.

Zifafdan əvvəl bəylə gəlinin hər ikisinin dəstəmaz alması və iki rükət namaz qılması müstəhəbdir. Namaz Allaha şükr niyyəti ilə qılınır. Namazdan sonra oğlan Allaha həmd edib, Mühəmmədə və Ali-Mühəmmədə (s) salavat söyləsin, sonra belə dua etsin: "Allahüm-mərzuqni ilfəha və vüddəha və rizaha vərzini biha. Vəcmə beynəna bi-əhsəni ictimain və əysəri i’tilaf. Fəinnəkə tühibbül-həlalə və tükrihül-həram”. Tərcüməsi: "İlahi, bunun (yəni həyat yoldaşımın) ülfətini, sevgisini və razılığını mənə nəsib et, məni də ondan razı et. Bizi ən gözəl birliklə və ən rahat ünsiyyətlə birləşdir. Həqiqətən, Sən halalı sevir, harama nifrət edirsən”.

İmam Cəfər Sadiq (ə) tövsiyə edirdi ki, gəlini bəyin yanına gətirəndən sonra bəy əlini gəlinin alnına qoyub üzü qibləyə dursun və bu duanı söyləsin: "Allahümmə bi-əmanətikə əxəztüha və bi-kəlimatikə əstəhləltü fərciha. Fəin qəzəytə li minha vələdən fəc’əlhü mübarəkən səviyya. Və la təc’əl liş-şeytani fihi şirkən və la nəsiba”. Tərcüməsi: "Allahım, Sənin əmanətinlə (yəni kəbinlə) bu qızı aldım, Sənin kəlmələrinlə (yəni Qurandakı kəbin əmri ilə) onu özümə halal etdim. Əgər mənim qismətimə bu qızdan övlad yazmısansa, onu mübarək və sağlam et, şeytanı onun nütfəsində şərik etmə”.

Əbu Səid Xüdri rəvayət edib ki, Həzrət Mühəmməd Peyğəmbər (s) İmam Əliyə (ə) belə vəsiyyət etmişdi: "Gəlini sənin yanına gətirəndən sonra onu otuzdurub ayaqqabılarını ayağından çıxart, ləyən gətirib gəlinin ayaqlarını yu. Sonra həmin suyu evin qapısından çölə səp. Əgər belə etsən, Allah sənin evindən kasıblığın yetmiş min dərəcəsini uzaqlaşdırar, varlılığın (ehtiyacsızlığın) və bərəkətin yetmiş min dərəcəsini evə daxil edər. Sənə və gəlinə yetmiş min dərəcə mərhəmət nazil edər ki, bu mərhəmət evin hər guşəsini bürüyər. Nə qədər ki gəlin bu evdədir, ağıl pozğunluğu, cüzam və bərəs (ağ ləkələr, dəri piqmenti) xəstəliklərindən amanda qalar”.

Həmçinin Peyğəmbər Həzrət Əliyə vəsiyyət etmişdi ki, təzə gəlinə bir həftə ərzində süd məhsulları, sirkə, keşniş və turş alma yedizdirməsinlər. Çünki bu yeməklər gəlinin rəhmini (bətnini) bağlayar və onu sonsuz edə bilər.
(səs: 5)
Şərhlər: 3
Baxılıb: 48 507
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri