Müsəlman sadəcə özünə müsəlmandır?

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 636
Səs ver:
(səs: 2)
"Əlhəmdulillah- Müsəlmanıq" deyirik. Bəs müsəlmançılığın harasındayıq?
"Din gözəl əxlaqdır" buyurur, gözəllər gözəli...
Hadisələr bizim istəmədiyimiz ölçüdə inkişaf etdiyində də gözəl əxlaq göstərə bilirik?
Yoxsa bizim müsəlmanlığımız sadəcə hər şey öz axarında olduğundamı gerçəkləşir?
Ya da gözəl əxlaqı sadəcə qarşı tərəfdən gözləyirik?
Əvvəlcə, unutmamağımız lazım olan: Allaha qul olduğumuz...
Hər nə etsək də "Rəbbim məndən razı olarmı?" deyə düşünə bilirik məsələn?
Kinimizə, qəzəbimizə güc gəlib, "Hər insan özünə yaraşanı edər, mən də özümə yaraşanı edərəm, yolum Allah yolu" deyə bilirikmi?
Yoxsa fikir sahibi olmadan insanları mühakimə edərək qəlbin qırıb, keçənlərdənik?
Özümüzə gələk, deyərəm... Müsəlmanlığımız sadəcə özümüzədirsə, əgər...
Hələ də qəzəbimizə güc gələ bilməyib, başqasından gözəl əxlaq gözləyiriksə... orada ik dəfə düşünməyimiz lazım gəlir!
Özümüzə edilməsini istəmədiyimiz davranışları, qarşı tərəfə etmə haqqımız heç yoxdur! Təbii, səmimisənizsə...
Kamil iman sahibi olmaq, udqunmağı tələb edir.
Söyənə dilsiz, döyənə əlsiz olmaq... Bunu edən əlbət peşman olub, üzr istəyəcək. Qalib olan siz olassız.
Baxın, Gözəllər gözəli (s.a.s) necə buyurur:
Nəfsimi qüdrət əlində saxlayan Allaha and içirəm ki, "Cənnətə ancaq xasiyyəti gözəl olanlar daxil olacaqlar"
"Allah- Təala yumşaq, mülayim, həlim, şirin və gözəl üzlü insanları sevər"
Rəsuli- Əkrəm səlləllahu ələyhi və səlləm sual etdi:
-"Cəhənnəmin kimlərə haram olduğunu bilirsiniz?"
"Əshabi- kiram".
-Allah və Rəsulu bilir, dedilər.
Bunun üzərinə Rəsuli- ƏKrəm:
Hər kəsə yumşaq davranan, cana yaxın (insana çox yaxın, isti davranan) olan insanlar.
Və yenə bir hədislərində belə buyurdular, Rəsulullah əfəndimizə (s.a.s)
Bir qul, əxlaqını gözəlləşdirmədikcə qəzəbini məğlun etmədikcə, özü üçün sevib istədiyini başqaları üçün sevib, istəmədikcə yetkin bir mömin deyildir.
Müsəlman fikirsizcə heç kimsəni mühakimə etməz, zülm etməz. Mühakimə etmək Allha məxsusudur. Siz əvvəl özünüzü düzətmə səyində olun, Allah necə olsa izn verdiyini düzəldər. 
Anlayana sözünün azı təsirlidir.


(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 636
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri