Ramazanda dua

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 6 215
Səs ver:
(səs: 2)
Dua hər zaman möminin güvənib söykəndiyi bir silahdır. Həyatının hər bir anında duaya sarılıb Allahın lütfünə yönəlmək mömini başqa insanlardan ayıran ən mühüm xüsusiyyətlərdən biridir. Mömin həyatının hər anında duaya müraciət edəndir.
Gündə beş vaxt qıldığı namazın mənası "dua”dır. Axşam yatarkən, sabah qalxarkən, yeməkdən qabaq və sonra, evdən çıxarkən, dostu ilə görüşərkən, bir sözlə bütün davranış və hərəkətlərində dua möminin unuda bilməyib vərdiş halına gətirdiyi bir əməldir.O, bu vərdiş gücünü Peyğəmbərin sünnəsindən alır. Peyğəmbər (s.a.a) hər zaman dua edər və möminlərin də dua etməsini əmr edərdi. Çünki dua mömini Rəbbinə yaxınlaşdıran vasitədir.
Duanı bir əsas olaraq mənimsəyən mömin nemət və bolluq zamanı Rəbbini xatırlayıb şükür hissləri ilə dolduğu və bunu həmd etməklə ifadə etdiyi kimi, çətin və sıxıntılı anlarında da Rəbbinə sığınıb yalnız Ondan yardım istəyər.
Uca Rəbbimiz də mömin qullarının hər zaman Özünə dua etməsini istəyir:
"Qullarım Məni səndən soruşarlarsa onlara de ki: həqiqətən Mən onlara çox yaxınam. Onlardan biri dua edincə şübhəsiz ki, duasına cavab verirəm. O halda onlar da doğru yola çatana qədər Mənim dəvətimə itaətlə yönəlsinlər və Mənə imanda davam etsinlər” (Bəqərə, 186).
Bu, hər zaman belədir. Lakin elə vaxtlar var ki, o vaxtlarda edilən duaların başqa zaman edilən dualara nisbətən qəbul olma ehtimalı daha çoxdur. Bu bərəkətli vaxtlar arasında səhər çağı, Cümə günlərinin müəyyən bir saatı, mübarək olan bir-sıra gecələr və xüsusən də Qədir gecəsi, Ramazan ayının bütün günləri ən bərəkətli, duaların ən çox qəbul olduğu vaxtlardır.
Aşağıdakı hədislərdən də görəcəyik ki, belə vaxtlarda ilahi mərhəmət artar. Mömin də duasının qəbul olması üçün ixlas və səmimiyyətlə Allah təalanın nəzdində sevimli bir qul olmağa çalışar.
Hədislərdə dediyimiz bu məsələnin üzərində durulur və möminlər duaya təşviq edilir:
"Ramazanın ilk gecəsində cənnət qapıları açılır. Hər gecə sabaha qədər belə deyilər: Günahlarının bağışlanmasını istəyən, tövbə edən yoxdurmu, Allah onun duasını qəbul etsin? Dua edən yoxdurmu? Cavab verilsin. Özü üçün bir şey istəyən yoxdurmu? İstəyi o an yerinə gətirilsin”.
Başqa bir hədisdə oruc tutanın adı duaları qəbul edilən üç şəxsin adları arasında çəkilir:
"Üç nəfərin - ədalətli dövlət başçısının, iftar edənə qədər oruclunun və məzlumun duası geri çevrilməz”.
İslamın digər məsələlərində olduğu kimi, bu xüsusda da bizə ən gözəl nümunə olan Peyğəmbərimiz (s.a.a) Ramazan ayında ibadət və dualarını daha da artırardı. Bundan əlavə, ətrafında olan möminlərin də bol-bol dua etməsinə vəsilə olurdu.
Ümumiyyətlə, ilahi lütfə tuş gələn Ramazan ayında iftar vaxtlarının ayrı bir feyz və qiyməti var. Bu müstəsna vaxtın dua baxımından daşıdığı əhəmiyyəti Peyğəmbərimiz (s.a.a) belə açıqlayır:
"Oruc tutanın iftar vaxtındakı duası geri qaytarılmaz (qəbul edilər)”.
Abdullah ibn Ömərin (r) rəvayətinə görə, Peyğəmbərimiz (s.a.a) iftar vaxtında bu duanı tez-tez təkrar edərdi:
"Ey Rəbbim, hər şeyi əhatə etdiyi lütfünlə məni bağışla”.
Xətalardan xaliliyi və günah uzaq olması ilə seçilən Peyğəmbərin (s.a.a) dualarında ümmətinə hidayət istəyi vardır. Peyğəmbər (s.a.a) belə dua etməklə möminlərə iftar vaxtının feyz və bərəkətindən istifadə etməyin ən gözəl yollarından birini göstərmiş və iftar vaxtının istiğfarla dəyərləndirilməsinin əhəmiyyətini bizim diqqətimizə çatdırmaq istəmişdir.
Elə bu cür iftarlarda və səhər vaxtlarında ilahi dərgaha göndərilən ixlaslı dua və istiğfarlar sayəsində möminlər Ramazan ayının sonunda günahlardan təmizlənir, tər-təmiz bir ruh və mənəviyyata sahib olurlar. Bu baxımdan şüurlu bir mömin içərisində üzdüyü misli olmayan bu fürsətlər dənizindən bacardıqca faydalanmağa çalışmalıdır. Tövbələrin ən çox qəbul edilib günahların ən çox bağışlandığı və istəklərin ən yüksək ehtimalla qəbul edildiyi bu mübarək ayda hər vasitə ilə Allaha yönəlmək gərəkdir. Lütf dəryasının daşdığı Ramazan ayı boyunca ən gözəl dualar oxunmalı, Peyğəmbərə salam və xeyir-dualar edilməlidir. Qurandan və hədislərdəki qiymətli dualara sarılaraq Allaha daha da yaxınlaşmaq lazımdır.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 6 215
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri