İmam Museyi Kazım (ə) haqqında

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 4 276
Səs ver:
(səs: 2)
Təvəllüdü
İmam Museyi Kazim əleyhissalam 128-ci Hicri-qəməri ilinin Səfər ayının yeddisi, bazar günü Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə Həmidə adlı bir xanımdan dünyaya gəldi və 21 yaşında ikən imamlığa çatdı.
Bu barədə Әbubəsir belə demişdir: İmam Cəfər Sadiq (ə) ilə birlikdə həccə gedirdik ki, Әbvaya çatdıq. Səhər yeməyimizi yedikdən sonra imama xəbər verdilər ki, Allah sizə bir oğlan uşağı əta etmişdir. Həzrət sevincək qalxıb xanımı Həmidənin yanına getdi. Bir azdan sonra gülə-gülə qayıdan imam bizə belə buyurdu: «Allah mənə ən yaxşı hədiyyəsi olan bir uşağı əta edibdir. Anası deyir ki, uşaq dünyaya gələndə başını səcdəyə qoyub Allaha şükr edibdir ki, bu da onun imamlığının nişanəsidir.
Həzrət (ə) Mədinəyə qayıtdıqdan sonra üç gün ehsan verərək bütün yoxsulları ehsan məclisinə dəvət etdi. Yəqub Sərrac deyir: Mədinədə imam Sadiqin yanına getdim. Onu oğlu İmam Museyi Kazim əleyhissalamın beşiyinin yanında əyləşən gördüm. Həzrətə salam verdim. Gülərüzlə cavabımı verib buyurdu: «Məndən sonrakı imamın yanına gəl və ona da salam ver». Yaxınlaşıb salam verdim, uşaq səlis dillə cavabımı verib buyurdu: «Allah sənə bir qız verib, amma ona yaxşı ad qoymamısan, get onun adını dəyiş.»
O həzrət atası imam Sadiq əleyhissalamın sayəsində tərbiyə alaraq dini məsələləri o həzrətdən dərindən öyrənmişdi, belə ki, imam Sadiq (ə) qadınlara dini məsələləri ondan soruşmalarını əmr edərdi.
İmamın həyatını iki hissəyə ayırmaq olar:
1. İmamətdən qabaqkı, həzrətin Mədinədə atasının xidmətində olduğu dövr (20 il).
2. Mübarizə, zindan və sürgünlə zəngin imamlıq dövrü.

İmamın əxlaqi xüsusiyyətləri

İmamın cismi cəhətdən arıq olmasına baxmayaraq, ruhi baxımdan olduqca güclü idi. Paltarının altından köhnə köynək geyər, daimə piyada gedər, həmişə xalqa salama verər, ailəcanlı və hörmətcil idi. Həzrət həmişə yoxsulların fikrini çəkər, belə ki, gecələr gizlincə ərzaqı yoxsul ailələrin evinə aparar və onlardan bəzisinə aylıq maaş verərdi...
İmamın dostlarında biri o həzrətin səbr və dözümü barədə belə demişdir: Həzrət həmişə öz nümunəvi əxlaqı ilə düşməni utandırardı.
Mədinədə bir kişi var idi ki, hər vaxt imamı görəndə qabağını kəsib onu söyərdi. Bir gün imamın dostları «icazə ver onu tənbeh edək» - söylədikdə imam (ə) buyurdu: «Onunla işiniz olmasın və ona toxunmayın». Artı bu söhbətdən bir neçə gün keçmişdi, lakin həmin kişidən bir xəbər çıxmadı. İmam (ə) onun halını soruşduqda, dedilər: Mədinə çölündəki tarlasına gedib. Bunu eşitcək imam (ə) da həmin tarlaya getdi. Həmin kişi imamı görən kimi uzaqdan səslənib dedi: Mənim tarlama girmə. Mən səni və sənin ata-babanı özümə düşmən sayıram. Imam (ə) ona yaxınlaşıb salam verdi, kefini soruşduqdan sonra mehribanlıqla ona belə buyurdu: «Bu tarlaya nə qədər xərcləmisən?» Kişi dedi: Yüz dinar. Imam soruşdu: «Nə qədər gəlirin olacağına ümid edirsən?» Kişi dedi: İki yüz dinar. Həzrət (ə) içində üç yüz dinar olan bir kisəni çıxardıb ona verdikdən sonra buyurdu: «Bu pulu al, tarlan da özünə qalsın».
İllər boyu həzrəti təhqir edən kişi belə bir şeyi gözləmirdi. Elə buna görə də utanıb imamın əlindən öpdü və ondan üzr istədi. İmam (ə) Mədinəyə qayıtdıqdan sonra «Şərri özünüzdən belə uzaqlaşdırın» - deyə buyurdu. Elə buna görə də imama Kazim - qəzəbləndiyi zaman narahatçılığını büruzə verməyən - ləqəbi verilmişdir. O həzrət (ə) bütün pislik və yamanlıqların qarşısında yaxşılıq edərək düşmənlərini utandırardı. İmam (ə) öz qohumlarına məhəbbət bəsləyər və belə buyurardı: Qohumların arasında nə qədər düşmənçilik olsa da əgər bir-birləri ilə qarşılaşdıqları zaman əl verib görüşsələr, düşmənçilikləri aradan qalxar və hamısı dinclik və şadlıq hissi keçirər.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 276
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri