Allahın insana simvolik məktubu

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 4 635
Səs ver:
(səs: 7)
Bilirəm ki, dəfələrlə qəlbin sıxılmışdır. O qəlb ki, Mən orada qərar tutmuşam. O qədər sıxılır ki, hətta Mənim varlığımı belə unudursan. Ürəyinin sıxılmasının səbəbini özündən soruş. Mən hələ ki, varam və sənin ALLAHınam. Ruhun Məndəndir. Ancaq Mən istəmirəm ki, sən bu cür qalasan. İstəyirəm ki, dəyişib yaxşı olasan.
Qəlbinin sınmasına görə nigaran olma. Şüşə ona görə şüşədir ki, sınar, cinsi dəyişər. Ancaq Mən onu bilirəm ki, Mən - sınmazam.
Nigaran olma. Mehriban əlim sənin qəlbini sığallayır.
Sənin üçün Mən varam və həmişəlik. Nə zaman ağlasan, mehriban əllərim sənin üstündədir.
Biz yuxunu sizə rahatlıq vasitəsi kimi göndərmişik. Sən yatan zaman Mən sənin ruhunu elə qoruyuram ki, təzə qalsın. O gecələri ki, yata bilmirsən, gözlərini oxşayıram. Belə fikirləşirsən ki, tənhasan. Nə zaman tək olsan, Məni xatırlayarsan.
Düzdür, sən Məni unutmusan, ancaq Mən sənin hətta barmaqlarının ucunu belə unutmamışam.
Mən istəyirəm ki, sən şad olasan. Yəqin ki, sən də bunu istəyə bilərsən. Yəni Mənim razı və şad olmağımı. Ürəyim istəmir ki, səni qəmgin görəm.
Ona görə sadəcə Mənə qulaq asmağın kifayətdir.
(səs: 7)
Şərhlər: 4
Baxılıb: 4 635
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri