Müqəddəs Ramazan ayının üstünlüyü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 991
Səs ver:
(səs: 3)
Uca və böyük ALLAH buyurub: Orucluq mənə aiddir, onun mükafatını mən verəcəyəm. (İmam Sadiq (ə)-ın dediklərindən) Qurani-Kərimdə buyurulub: And olsun günəşə və onun ilk vaxtındakı işığına, and olsun gündüzün dünyanı işıqlandırdığı ana, and olsun gecənin o anına ki, hər şeyin üzərinə qaranlıq pərdə çəkir, and olsun yeri və onu bu genişlikdə yaradana, and olsun insanın nəfsi natiqəsinə və onu gözəl yaradana ki, şər və xeyir işlər ona ilham olunub və kim öz nəfsini günah və xəbislikdən təmizləsə, səadətə yetişər.

Ramazan ayında oruc tutmaq və Quranın bu ayda nazil olması, ramazan ayının üstünlüyündən xəbər verir. İslami rəvayətlərdən məlum olur ki, bütün səmavi kitablar Tövrat, İncil, Zəbur, Suhuf və Quran -hamısı bu ayda nazil olublar. İmam Sadiq (ə) buyurur: Tövrat ramazan ayının 6-da, İncil 12-də, Zəbur 18-də Quran isə qədr gecəsində nazil olub. Deməli, ramazan ayı səmavi kitabların nazil olma təlim və tərbiyə ayıdır. Oruc tutmaqda olan tərbiyə proqramı səmavi kitabların göstərişi ilə həmahəng olmalıdır ki, insanın cismi və canı günah çirkinliklərdən təmizlənsin.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 991
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri