Ramazan ayının 16-cı gününün duası:
"Allahummə vəffiqni fihi
limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi
birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin".
Tərcüməsi:
"İlahi,
bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan
uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver!
Allahlığına and verirəm, ey aləmlərin Allahı".
Ramazan ayının 17-ci gününün duası:
"Allahummə
əhdini fihi lisalihil-ə’mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la
yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli
əla Muhəmmədin və alihit-tahirin".
Tərcüməsi:
"İlahi, bu gün məni
saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey
izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah!
Məhəmmədə və pak əhli-beytinə sənin salavatın olsun".
Ramazan ayının 18-ci gününün duası:
"Allahummə
nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih.
Və xuz bikulli ə’zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə
qulubil-arifin".
Tərcüməsi:
"İlahi, bu gün məni səhərlərin
bərəkəti ilə oyat! Qəlbimi bu səhərlərin ziyası ilə işıqlat! Bədən
üzvlərimi bu günün təsirinə tabe olmağa yönəlt! Nuruna and verirəm, ey
ariflərin qəlbini nurlandıran Allah".
Ramazan ayının 19-cu gününün duası:
"Allahummə
vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la
təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin".
Tərcüməsi:
"İlahi,
bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu
hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar
haqq yolunun hidayətçisi".
Ramazan ayının 20-ci gününün duası:
"Allahumməftəh
li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni
fihi litilavətil-Qur’an. Ya munziləs-səkinəti fi qulubil-mu’minin".
Tərcüməsi:
"İlahi,
bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla!
Bu gün məni Qur’an oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq
bəxş edən Allah".
Ramazan ayının 21-ci gününün duası:
"Allahumməc’əl
li fihi ila mərzatikə dəlila. Və la təc’əl liş-şeytani fihi əleyyə
səbila. Vəc’əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə
həvaicit-talibin".
Tərcüməsi:
"İlahi, bu gün sənin razılığına bais
olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq
yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb
əhlinin ehtiyacını yerinə yetirən Allah!"
Ramazan ayının 22-ci gününün duası:
"Allahumməftəh
li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi
limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə
də’vətil-muztərrin".
Tərcüməsi:
"İlahi, bu gün fəzl qapılarını
üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan
işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı yerində sakin et. Ey
biçarələrin duasını qəbul edən Allah!"
Ramazan ayının 23-cü gününün duası:
"Allahumməğsilni
fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi
bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin".
Tərcüməsi:
"İlahi,
bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi
təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!"
Ramazan ayının 24-cü gününün duası:
"Allahummə
inni əs’əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu’zik. Və
əs’əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə’siyək. Ya cəvadəs-sailin".
Tərcüməsi:
"İlahi,
bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən
əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək
üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!"
Ramazan ayının 25-ci gününün duası:
"Allahumməc’əlni
fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə’daik. Mustənnən bisunnəti
xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin".
Tərcüməsi:
"İlahi, bu
gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən
olanlardan qərar ver! Məni sonuncu Peyğəmbərinin sünnətinə əməl
edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!"
Ramazan ayının 26-cı gününün duası:
"Allahumməc’əl sə’yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin".
Tərcüməsi:
"İlahi,
bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul
et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!"
Ramazan ayının 27-ci gününün duası:
"Allahummərzuqni
fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr.
Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən
bi-ibadihis-salihin".
Tərcüməsi:
"İlahi, bu gün mənə Qədr
gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən
asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey
saleh bəndələrinə qarşı mehriban olan Allah!"
Ramazan ayının 28-ci gününün duası:
"Allahummə
vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və
qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu
ilhahul-mulihhin".
Tərcüməsi:
"İlahi, bu gün mənə yaxşı əməllərin
bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər!
Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr
edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!"
Ramazan ayının 29-cu gününün duası:
"Allahummə
ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir
qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu’minin".
Tərcüməsi:
"İlahi,
bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət
nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin
bəndələrinə rəhmli olan Allah!"
Ramazan ayının 30-cu gününün duası:
"Allahumməc’əl
siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul.
Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və
alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin".
Tərcüməsi:
"İlahi,
bu gün mənim orucumu şükrlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin
və Peyğəmbərinin bəyəndiyi oruclardan et! Elə oruclardan ki,
xırdalıqları da əsas iman prinsiplərinə əsaslansın. Səni and verirəm
ağamız Mühəmmədə və pak nəslinə. Aləmlərin rəbbi olan Allaha həmd
olsun".
İftar duası:
"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".
Tərcüməsi:
"İlahi,
səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə
təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz
bağışlama sahibi, mənim günahlarımı bağışla!"