Səni əlimdən kim qurtaracaq?

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 4 511
Səs ver:
(səs: 1)
 
 Cabir İbni Abdullah radıyallahu ənhdən rəvayət edildiyinə görə o, Nəbi sallallahu əleyhi və səlləm ilə birlikdə Necid tərəflərində bir gazvede tapılmışdı. Dönüşdə Rəsulullah ilə birlikdə idi.

Günorta vaxtı ağaclıq, kolluq bir vadiyə gəldiklərində Rəsulullah sallallahu əleyhi və səlləm orada fasilə vermiş, mücahidlər ağaclar altında kölgələnmək üzrə ətrafa dağılmışlar idi. Rəsulullah sallallahu əleyhi və səlləm isə, semure deyilən sıx yarpaqlı bir ağac altında istirahətə çəkilmiş qılıncını da ağaca asmışdı.

(Cabir dedi ki:) birazca (yuxu) kəsdirmişdik ki, Rəsulullahın bizi çağırdığını eşitdik və dərhal yanına qaçdıq. Bir də baxdıq, Rəsulullahın yanında (müşriklərdən) bir bədəvi, Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu:

- "Mən yatarkən bu bədəvi qılıncımı götürmüş,oyandımda qılınc qınından sıyrılmış vəziyyətdə bunun əlində idi. Mənə:

- Səni mənim əlimdən kim qoruyub qurtaracaq? dedi. Mən də üç dəfə:

- "Allah" cavabını verdim.

(Cabir deyir ki) Rəsulullah adamı cəzalandırmamışdı, yanında otururdu. [1]

v (Buxaridəki) bir başqa rəvayətdə2] Cabir radıyallahu ənh belə demişdir:

Rəsulullah sallallahu əleyhi və səlləm ilə birlikdə zatü'r-rika' deyilən gazvede tapılırdıq. Kölgəli bir ağac tapdığımızda onu Rəsulullah sallallahu əleyhi və selləmə buraxmağı /adət etmişdik. (Bu dəfə də elə etdik. ) Ancaq müşriklərdən bir adam gələrək Rəsulullahın (ağacda asılı olan) qılıncını al/götürüb çəkmiş və:

- Məndən qorxursanmu? deyə səslənmiş. Nəbi sallallahu əleyhi və səlləm:

- "Xeyr" cavabını vermiş. Adam:

- Yaxşı səni mənim əlimdən kim qurtaracaq? demiş. Rəsulullah sallallahu əleyhi və səlləm də

- "Allah" buyurmuşdur.

v Əbu Bəkir el-İsmailinin "Səhih"ində iştirak edən bir rəvayətdə hadisənin bundan sonrakı qisimi belə izah edilməkdədir:

Adam:
- Səni mənim əlimdən kim qurtarar? dedi.

Nəbi sallallahu əleyhi və səlləm:

- "Allah" cavabını verdi. Bunun üzərinə adamın əlindən qılınc düşdü. Rəsulullah sallallahu əleyhi və səlləm qılıncı götürdü və:

- Yaxşı indi səni mənim əlimdən kim qurtaracaq? buyurdu. Adam:

- Yaxşı bir cəzalandırıcı ol! dedi. Rəsulullah sallallahu əleyhi və səlləm:

- "Allahdan başqa ilah olmadığını və mənim Allahın elçisi olduğumu qəbul və etiraf edər sənmi?" dedi.

Adam:
- Xeyr, qəbul etməm. Ancaq səninlə vuruşmamağa, səninlə döyüşəcək hər hansı bir birlik içində olmamağa söz verərəm, dedi.

Bunun üzərinə Rəsulullah sallallahu əleyhi və səlləm adamı sərbəst buraxdı. O da yoldaşlarının yanına döndü və onlara:

- Ən xeyirli adamın yanından gəlirəm, dedi.

Müsəlman Allaha söykənib güvənməsin bldikdən və təbiq etdikdən sonra onun haqqından kim gələ bilər. Gerçək güc və qüvvət Allaha aiddir. Allahın hər şeyə gücü yetər. Burada Rəsulullah (s.ə.v)ın bu şəxsi cəzalandırmaması cəzalandırmasından daha çox təsirli olmuş və özünü qışqırdan insanlar olan cəmiyyətinin yanına çatdığında insanların ən xeyirlisinin yanından gəlirəm demişdir. Sonra bu kimsə qəbiləsiylə birlikdə müsəlman olmuşdur. Beləcə Rəsulullah (s.ə.v) insanların müsəlman olmaları üçün hər hadisə və şərtdən faydalanmağı bilmişdir.
 
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 511
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri