Allahım! Həmd sənə məxsusdur

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 8 921
Səs ver:
(səs: 5)


 
Bismillahir Rəhmanir Rəhim. 

 


Allahumməsəlli əla Muhəmmədin və ali Muhəmməd və əccil fərəcəhum.

 


Allahım! -həmd sənə məxsusdur. Həmd olsun sənə. Sən yerin, göyün onların içindəki lərin nurusan. Sən haqq , Quran haqq , Peyğəmbər haqq , dünyamız-axirətimiz 
haqq , Sənin yaratdıqların hər şey haqqdır .

Axır Sən , zahir Sən , batin Sən , Sənin hüzurunda bilərək və
bilməyərək işlətdiyimiz günahlarımızı bağışla. Bizi – bizə buraxma. 

İlahi! – ey varlığın yiyəsi Səndən istəyirəm, aləmlərin peyğəmbəri Muhəmmədi vəsilə
bilib Sənə yalvarıram onu bizə şəfaətci et. 

Ey yeri , göyü-kainatı var edən bizə sonsuz ruzi bəxş edən Gecəni - gündüzü, günəşi,
ayı ,bütün varlıqları yaradan ,yaşadan bizlərə bəxş edən Allahım! ...
bizə var- dövlət sadət verən , Peyğəmbərimiz Muhəməd (s.ə.v.v) –i öz ümməti ilə 
öz Əhli-beyti ilə bizə bəxş edən , bizi müsəlman yaradan , bizə Quran , din , iman 
ibadət verən Allahım! ...

Sənə sonu bucağı görünməyən sonsuza qədər həmd və şükürlər olsun...

Sən Rəhman və Rəhim olan Allahımızsan.Sən ululardan-ulu ucalardan-uca Rəbbimizsən. 
Sən varsan təksən, şükür Pərvərdigarə şükür sənin tək varlığına. 

Tək Səni anar,tək Sənin yolunu saxlayar,tək səndən yardım dilərik. İlahi pərvərdigarə
Sənə and verirəm öz hüsnü camalına Rəhman və Rəhim olan adına ; biz aciz ,zəif 
qullarını bağışla, keç suçlarımızdan, biz sənin hüzurunda qullarını bağışla. Hər vaxt
doğru yola yönəlt doğru yolnan apar doğru yol olan Peyğəmbərin yolundan ömrümüz 
boyu ayırma bizi . 
Allahım !- bizə bu dini , imanı ,ibadəti, Quranı nəsib etdikdən sonra qəlbimizi batilə
tərəf döndərmə , öz hüsnü cəmalınla bizə rəhmət və bərəkət əta eylə. 

Allahım ! - dinimiz , dünyamız , ailəmiz və malımız haqda səndən bağışlanmaq və 
sağlamlıq diləyirəm . 

Pərvərdigarə! qəlbimizin iman nurun, Quran nurun günü-gündən artır, dilimizə lətafət , 
şirinlik ver ki, danışığımızı dərk etsinlər .
İslamın bütün elimlərin , Qurani şərifi oxuyaq ,öyrənək əməl edib öyrədək. 
Bizi "12-ci " imamımızın köməkçilərindən et ... ... ... Amin. 
 

 

(səs: 5)
Şərhlər: 6
Baxılıb: 8 921
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri