HICAB Qadın geyimi – hicabın fəlsəfəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 9 344
Səs ver:
(səs: 5)

 

HICAB Qadın geyimi – hicabın fəlsəfəsi


Qadın geyimi – hicabın fəlsəfəsi

“Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)” ( Nur sürəsi 24, ayə 31)Qadınlar cəmiyyətin böyük əksəriyyətini təşkil etməklə yanaşı, onun formalaşmasında da əhəmiyyətli rol oynayır. Qadın uşaq tərbiyə etdiyi üçün gələcək nəslin düzgün tərbiyəsi məhz ondan asılıdır. Buna görə islam qadını mükəmməl tərbiyə etmək istəyir ki, ondan sonra gələcək nəsil də mükəmməl olsun.


HICAB Qadın geyimi – hicabın fəlsəfəsi


Düzgün geyim və insanın mahiyyəti
İnsanın heyvandan üstün cəhətlərindən biri geyimdir. Həm kişi, həm də qadın üçün geyim tanrının insana bəxşişidir. Çılpaqlıq şeytanın tələsidir. Kişi və qadın arasında fərqlər olduğu kimi ( xasiyyət, bədən quruluşu, daxili aləm və s.) onların geyimləri də bir-birindən fərqlənməlidir.


HICAB Qadın geyimi – hicabın fəlsəfəsi


 Yaradılışdan yaranan geyim
İnsanın geyimi öz başlanğıcını ilk insanlardan – Adəm və Həvvadan götürür və tarixin müəyyən mərhələlərində dəyişikliyi ilə fərqlənir. Baxmayaraq ki, çılpaqlıq müəyyən tayfalarda norma hesab olunurdu, bu heç də bəşəriyyət tarixinin başlanğıcı hesab olunmur. Örtüyün çıxarılması prosesi qadınların azadlıq hərəkatına - XIX əsrə təsadüf edir. Daha sonralar çadranın atılması islam ölkələrində yayılmağa başladı. Qadınların örüklərini çıxardıqları ilk islam ölkəsi Əfqanıstandır. M.K. Atatürkün dövründə Türkiyədə, Rzaxan Pəhləvinin dövründə İranda qadınlar örtüklərini atdılar.
Qadın örtüyünün fəlsəfəsi

Qadına hörmət: Cəmiyyətdə qadına hörmət,abır-həya simvolu hesab olunur. Örtük qadını ehtiras və şəhvət baxışlarından xilas edir.

Sağlam cəmiyyətin qorunması: Əgər qadın gözəlliklərini lazım olmayan yerdə göstərirsə bu zaman ona qarşı şəhvət hissləri yaranır. Bununla da cəmiyyət mənəviyyatını itirir və ehtirasın hökmranlıq etdiyi heyvanat aləminə çevrilir.

Təhlükəsizlik: Örtüklü qadın rahat şəkildə öz işləri ilə məşğul ola bilər və ətrafdakı təhlükədən də tam sığortalanmış olur.

 

 HICAB Qadın geyimi – hicabın fəlsəfəsi

 

(səs: 5)
Şərhlər: 2
Baxılıb: 9 344
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri