Etibar qazanmaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 405
Səs ver:
(səs: 5)
 
Etibar və etimad uşaqlıq çağından peyğəmbərlik verilənədək Hz. Məhəmmədi (s.ə.v) səciyyələndirən əxlaqi məziyyətlərdir.
Müşriklər belə Peyğəmbərimizin (s.ə.v) "dürüst” və "etibarlı” (əs-Sadiq, əl-Əmin) olduğunu söyləmişlər. İnsanların güvənib etibar etdiyi şəxslər cənnətə gedər. Çünki Peyğəmbərimiz (s.ə.v) belə bir insanın cənnətə gedəcəyini xəbər vermişdir; Əbu Səid Rəsullulahın (s.ə.v) belə buyurduğunu rəvayət edir:
"Kim halal, təmiz ruzi yeyər və sünnətə uyğun əməllər işləyərsə, xalq da ondan pislik görməyəcəyinə inanıb ona etibar edərsə, o, cənnətə girmiş sayılır.” Bunu eşidən səhabə belə dedi:
– Ey Allahın Rəsulu! Bu gün belələri çoxdur!
Əleyhissalatu Vəssalam isə: "Məndən sonra da olacaq!” – buyurdu.
Bu hədisdən aydın olur ki, etibar qazanmış, bu əxlaqı qəlb və ruhunun dərinliklərinə hopdurmuş, buna paralel ətrafdakı insanların həmişə xeyir gözlədiyi bir Müsəlman "ən xeyirlilər” kateqoriyasında öz yerini tuta bilər. Ancaq pis düşünüb pis əməllər işləməyə çalışan, ətrafındakı insanların güvənmədiyi və etibar etmədiyi insanların "ən şərlilər” kateqoriyasında yer alacağını da Peyğəmbərimiz (s.ə.v) bir hədisində bəyan etmişdir. Əbu Hureyrədən rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.v) bir gün:
– Ən xeyirliniz və ən şərlinizin kim olduğunu sizə xəbər verimmi? – buyurdu və bunu üç dəfə təkrar etdi. Səhabələr:
– Xəbər verin! – dedilər. Rəsulullah (s.ə.v):
– Ən xeyirliniz o kəsdir ki, insanlar ondan xeyir gözləyir və bir zərər gəlməyəcəyinə arxayın olur. Ən şərliniz isə o kəsdir ki, insanlar nə ondan xeyir gözləyirlər, nə də bir zərər gəlməyəcəyinə əmin olurlar!” – buyurdu.
Ətrafındakı insanların güvən və etimadını qazanan və bunu gözəl bir əxlaq kimi mənimsəyən insanın Allaha (c.c) yönəlişində bu etimad və etibar hissinin nə dərəcə zəruri olduğunu bir hədisi-şərif açıq-aşkar ortaya qoyur. Əbu Hureyrə Rəsulullahın belə buyurduğunu nəql edir:
"Cavab veriləcəyinə əminlik hissi ilə Allaha dua edin. Bilin ki, Allah (c.c) (bu inancda olmayan, yəni güvənmədən və) qəflətdə olan qəlbin duasını qəbul etməz.”
İnsanların etibar və etimadını qazanmaq, xüsusilə, ticarətlə məşğul olanlar üçün böyük əhəmiyyətə malikdir. Bu insanlar ticarətlərində dürüst, etibarlı olsalar, həm halal və bol ruzi qazanar, həm də bu peşələri ilə nicat taparlar. Əbu Səid əl-Xudrinin rəvayətinə görə, Rəsullulah (s.ə.v) belə buyurmuşdur.
"Etibarlı və doğru-dürüst ticarət əhli, (ayədə sirati-mustəqim əhli ifadəsi ilə qeyd edilən) peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə bərabərdir.”
Allah-Təala bu hədisi-şərifdə əksini tapan nicat əhli haqqında buyurur:
"Allaha və Rəsuluna itaət edənlər Allahın nemətləri ilə şərəflənən nəbilər, siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər, saleh insanlarla bərabər olacaqdır.
Bunlar necə də gözəl dostdur!
Bu lütf Allahdandır. Bilən olaraq Allah kifayət edər!” (Nisa, 4/69-70)




(səs: 5)
Şərhlər: 3
Baxılıb: 3 405
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri