Yaşıl paltar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 194
Səs ver:
(səs: 1)
Yolda qarşılaşdığımızda azan oxunurdu.
-Gəl səni məscidə aparım, dedim. Bu gün Cümədi bilirsən.
-Sən də mənim məscidə getmədiyimi bilirsən, dedi
-Bilirəm amma, səbəbi həqiqətən maraqlıdı.
-Nə bilim olmur, alınmır dedi. Həm şalvarımın ütüsü pozulub, dizləri çıxar deyə narahatlıq edirəm.
Qeyri ixtiyari gülməyə başladım.
-Hər halda zarafat edirsən, dedim. Bunun üçün məscid tərk edilərmi?
-Ciddi söyləyirəm, dedi. Geyimimə və xüsusilə yaşıla düşkün olduğumu bilərsən.
Həqiqətən elə idi. Geyindiyi bir-birindən gözəl paltarları mütləq yaşılın bir başqa tonundan seçər və hər vaxt ütülü tutardı.
-Yaxşı, dedim. Həyatında heç məscidə getmədin?
-Uşaqkən babamla bir neçə dəfə getmişdim, dedi. Həm o yaşlarda dizlərim aşınacaq deyə hər halda narahatlıq etmirdim. Lakin artıq məscidə gedə biləcəyimi zənn etmirəm.
Söylədikləri məni son dərəcə çaşdırmış və bu mövzunu açdığıma peşman etmişdi. Daha sonra əl sıxışıb ayrıldıq.
Onunla danışmamızdan 2 ay sonra, özünün məsciddə olduğunu söylədilər. Dərhal getdim. Bağçadakı namaz saflarının ən qarşısında dayanırdı və üzərində yenə yaşıllar vardı.
Yavaşca yanına yaxınlaşdım və batıq bir səslə:
-Hanı, dedim. Bəs məscidə gəlməyəcəkdin?
Heç səsini çıxarmadı. Çünki musalla daşının üzərində, yaşıl örtülü bir tabut içində yatırdı..
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 194
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri