Hansı məqamlarda yalan danışmaq günah sayılmır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 829
Səs ver:
(səs: 3)
Yalançılığın mənəvi xəstəlik olduğu hər kəsə məlumdur. İnsan var ki, heç ehtiyac olmadığı yerdə yalan danışır. Yalançı adama heç kim güvənmir, ona etimad göstərmir.
Yalan danışmaq dinimizə görə haram buyurulmuşdur. Yalan həm də günahların, cinayətlərin davamını gətirir. Qurani-Kərimdə açıq şəkildə: "Yalandan uzaq durun!" əmri yer almaqdadır. Ən betər yalan isə yalan yerə and içib şahid durmaqdır. Bu həm də ən böyük günahlardan sayılır. Əsl müsəlman öz əleyhinə də olsa, həqiqəti söyləməkdən çəkinməməlidir.

Uca dinimiz yalanı qəti qadağan etməklə yanaşı, bəzi məqamlar üçün qapını açıq buraxmışdır ki, bu məqamlarda yalan danışmaq günah sayılmaz:
1. Zülmə və haqsızlığa məruz qalmış bir adamın canını, malını və ya namusunu qurtarmaq üçün.
2. Bir-birindən küsmüş iki insanı barışdırmaq və bir fitnənin qarşısını almaq üçün.
3. Bir-birindən küsmüş ər-arvadın arasını düzəltmək üçün.
4. Müharibə zamanı düşməni məğlub etmək üçün.
Göründüyü kimi, bu məqamlarda deyilən yalanın təməlində xoş niyyət dayanır. Yəni bu məqamlarda yalan deyən adam öz nəfsini rahat etmək üçün yox, başqalarını çətin vəziyyətdən qurtarmaq üçün yalana əl atır.
 
/Mənbə: Qadinlar.biz/
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 5 829
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri