Niyə bu zikri demək, 100 dəvə qurbanından üstündür?

Müəllif: Pure Love
Şərhlər: 10
Baxılıb: 7 530
Səs ver:
(səs: 5)
ALLAH la aşiqcəsinə rabitə qurmağın yolarından biri - zikr deməkdir. Yəni, insanı dili və qəlbi ALLAHın gözəl adlarını və sifətlərini zikr edər və ruhunu bu İlahi yağışın damcıları ilə sevindirər.

Əgər insan ALLAHı davamlı olaraq zikr edərsə, günahın zəncirlərini qəlbindən söküb, ata bilər. Çnüki ALLAH Təalanı yaddan çıxartmaq qəlbi daş edər. İlahi zikrin heyrətamiz təsiri və səmərəsi vardır.

Zikrlərin içərisində "SübhənALLAH” zikrinin öz xüsusi yeri vardır. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim yüz dəfə "SübhənALLAH” deyərsə, yüz dəvə sürməkdən daha yaxşıdır (Özü ilə həccə aparıb orada qurban kəsmək üçün)”.

Bir nəfər İmam Əlidən (ə) soruşur: "Ey Əbulhəsən! "SübhənALLAHın” təfsiri nədir?” Həzrət (ə) buyurur: "ALLAHın izzətini böyük tutmaqdır. Onu, müşriklərin ALLAHın pak zatına nisbət verdikləri hər cür çirkinliklərdən pak və böyük bilməkdir. Nə zaman bəndə bu kəlməni deyər, bütün mələklər onun üçün rəhmət istəyərlər”.

İmam Baqir (ə) buyurur: "Peyğəmbər (s) buyurub: "Hər kim "SübhənALLAH” desə, ALLAH onun üçün behiştdə ağac əkər””.

Yunis ibni Yəqub nəql edir ki, İmam Sadiqə (ə) dedim: "O kəs ki, yüz dəfə "SübhənALLAH deyər”, ALLAHı çoxlu yada salıb zikr edənlərin zümrəsindən olarmı?”. Həzrət (ə) buyurdu: "Bəli””.

İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "O zaman ki, bəndə "SübhənALLAH” deyər, ALLAHın ərşindən aşağıda olanlar onunla "SübhənALLAH” deyərlər. Deyənə on bərabər səvab verilər. "Əlhəmdulilləh” deyən zaman ALLAH dünya nemətini ona kəramət edər ki, axirət nemətlərini görsün. Bu o sözdür ki, behişt əhli behiştə daxil olan zaman deyərlər. Dünyada olan bütün çətinliklər kəsilər, "Əlhəmdulillah”dan başqa”. Sonra bu ayəni tilavət edir: "Onunla (ALLAHla) görüşəcəkləri gün (ölüm anı, yaxud Qiyamətdə və ya Cənnətə daxil olan vaxt) (ALLAHın) onlara alqış(ı) və xeyir-dua(sı) «salam»dır. (ALLAH) onlar üçün çox qiymətli və dəyərli bir mükafat hazırlamışdır”. ("Əhzab” 44).

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim desə: "SübhənALLAHi azimi və bihəmdih”, behiştdə onun üçün xurma ağacı əkilər”.

İmam Əli (ə) buyurur: "SübhənALLAH” demək, əməl tərəzisinin yarısını doldurar, "Əlhəmdulillah” demək, əməl tərəzisini doldurar. "ALLAHu Əkbər” demək yerlə göyün fasiləsini doldurar”.

Aişə nəql edir: "Peyğəmbər (s) vəfat etməmişdən qabaq bu zikri çox deyirdi: "Sllahım, Səni təsbih edirəm, Sənin həmd və sitayişinlə məşğulam. Səndən bağışlanma diləyirəm, tövbə edirəm”.

Zikrləri yaddan çıxartmayaq və ALLAHın gözəl adlarını və sifətlərini dilimizə gətirərək, Onun sevimlisi olaq.


(səs: 5)
Şərhlər: 10
Baxılıb: 7 530
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri