Möminə hörmət, Kəbəyə hörmətdən üstündür

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 3 820
Səs ver:
(səs: 3)
Mömin bəndə Allah yanında çox əziz və möhtərəmdir. Allah Təala mömin bəndələrini sevir və buyurur: "İzzət və qüdrət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur və lakin münafiqlər (bunu) bilmirlər”. ("Munafiqun” 8). "Ey iman gətirənlər! Heç vaxt (siz kişilərdən) bir dəstə digər bir dəstəni lağa qoymasın. (Lağa qoyulan) həmin dəstə onlardan yaxşı ola bilər. Qadınlar da başqa qadınları (lağa qoymasınlar). Ola bilər həmin dəstə onlardan yaxşı olsun. Bir-birinizdə eyb axtarmayın və bir-birinizi çirkin ləqəblərlə çağırmayın. (Mömini) imandan sonra fisq (günahkar adı ilə xatırlamaq) pis ad qoymadır. Kim tövbə etməsə, məhz onlardır zalımlar!” ("Hucurat” 11).
Hədislərdə oxuyuruq ki, möminə hörmət etmək Allaha hörmət etmək deməkdir. Möminin təhqir etmək Allahın İzzət və Cəlalını təhqir etmək deməkdir. Bu, Sübhan Allahı qəzəbləndirər. Hədisdə oxuyuruq: "Allah möminləri incidən kəslərə döyüş elan edər”. İmam Sadiq (ə) buyurur: "Allah Təala buyurur: "Hər kim Mənim mömin bəndəmi xar hesab edərsə, bilməlidir ki, Allah onunla döyüşdədir. Hər kim Mənim mömin bəndəmə hörmət və ehtiram edər, şübhəsiz ki, Mənim qəzəbimdən amandadır”.
Cabir nəql edir ki, Peyğəmbər (s) üzünü Kəbəyə çevirir və buyurur: "Afərin olsun sənə! Necə də böyük evsən və necə də sənin ehtiramın çoxdur. Allaha and olsun ki, Allah yanında möminin hörməti səndən çoxdur. Çünki sənə hörmət ancaq bir tərəfdəndir. (Səndə qan tökmək olmaz). Ancaq möminin üç şeyə görə hörməti vardır: 1. qanı möhtərəmdir. 2. Malına hörmət edilməlidir. 3. Ona bədgüman bəsləmək haramdır”.
Mömin istehza və məsxərə edilməməlidir. Çünki bu istehza zəif imanlı insanları qeybət etməyə vadar edir. Bəli, həyatda elə insanlar vardır ki, başqalarının etibarını alçaltmaq üçün onu məsxərə edirlər. Məclisi qızışdırmaq və ya oradakıları güldürmək üçün möminin abır-həyasını aparırlar. Quran bu əməlli şiddətlə qadağan etmiş və onu zülm kimi tanıtmışdır.
"Hucurat” surəsnin 11-ci ayəsini təfsir edən alimlərin nəzərinə görə bu ayə Sabit ibni Qeys haqqında nazil olmuşdur. Onun qulaqları ağır eşidirdi. Ona görə də o, məscidə gələndə Peyğəmbərin (s) yanında ona yer açırdılar ki, o, Həzrətin (s) sözlərini eşidə bilsin. Bir gün məscidə gəlir, hamı sübh namazını qılıb, oturmuşdu. Sabit də həmişəki kimi çalışırdı ki, Peyğəmbərin (s) yanına gəlsin. Ona görə də insanları aralayır və deyirdi ki, mənə yol verin. Nəhayət biri deyir ki, burada otur. O, da həmin yerdə oturur. Ancaq Peyğəmbərə (s) yaxın gedə bilmədiyi üçün çox narahat olur. Hava işıqlaşmamışdan qabaq Sabit deyir ki, bu kişi kimdir? Deyir: "Mən filankəsəm”. Sabit deyir: "Filan qadının oğlu”. Qadının adını elə səsləndirir ki, sanki onu məzəmmət edir. Kişi çox xəcalət çəkir və başını aşağı salır. Sonra bu ayə nazil olur. Yəni Allah yanında əsl meyar - təqvadır. Ona görə də heç kimin haqqı yoxdur ki, başqasını alçaltsın. Ona təhqiramiz gözlərlə baxsın.
Allah bizləri həqiqi möminlərdən qərar versin.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 820
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri