Hamı cənnətə getmək istəyir, amma heç kim ölmək istəmir

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 3 384
Səs ver:
(səs: 1)
Qəribə deyilmi ki, 10 manatlıq əskinazı məsciddə sədəqə verdikdə bu məbləğ bizə çox görünür, alış-verişə xərclədikdə isə az!? 

Qəribə deyilmi ki, namaza və ibadətə sərf etdiyimiz 1 saatlıq müddət bizə uzun, televizor qarşısında isə qısa görünür!? 

Qəribə deyilmi ki, namazda fikrimizi bir yerə cəmləməkdə çətinlik çəkirik, amma dostlarımızla deyib-güləndə isə deyil!? 

Qəribə deyilmi ki, Qurandan 1 hissəni candərdi oxuyuruq, amma xoşladığımız roman heç əlimizdən düşmür!? 

Qəribə deyilmi ki, Qurandan 1 hissəni əzbərləməkdə nə qədər çətinlik çəkirik, amma edilən dedi-qoduları, müxtəlif boş məzmuna malik mahnı sözlərini isə tez yadda saxlayırıq!? 

Qəribə deyilmi ki, qəzetlərdə yazılanlara tez inanır, ALLAHın kitabi Quranda yazılanlara isə tərəddüdlə yanaşırıq!? 

Qəribə deyilmi ki, hamımız Cənnətə girmək istəyir, amma bunun üçün zəhmətə qatlaşmaq istəmirik!? 

Qəribə deyilmi ki, hər birimiz başqalarının günahlarını gördükdə hakim olur, öz günahlarımızı gördükdə isə vəkilə çevrilirik!? 

Qəribə deyilmi ki, "ALLAHa qurban olum, Onun yolunda canımdan da keçərəm!!!" - deyən şəxs gündəlik ibadətlərini yerinə yetirməyə belə tənbəllik edir!? 

Qəribə deyilmi ki, ömrümüz boyu başqalarının hörmətini, razılığını qazanmaq üçün əlimizdən gələni edirik, ALLAHın razılğını qazanmağa gəlikdə isə "vaxtım yoxdur" bəhanəsilə aradan çıxırıq!?
 

(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 384
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri